Alina Russu: “Seçki prosesi mükəmməl təşkil edilib”
Tarix: 11.04.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Moldovanın Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
Alina Russu məntəqələrdə apardıqları müşahidələr zamanı seçki prosesinin mükəmməl təşkil edildiyinin şahidi olduqlarını söyləyib. Seçicilər və müşahidəçilər üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Moldova MSK-nın sədri seçkilərin şəffaf keçdiyini bildirib. Alina Russu seçkiləri yüksək səviyyədə təşkil etdiyinə görə MSK-ya minnətdarlıq edib.
MSK sədri Məzahir Pənahov qonaqlara görülən işlər barədə məlumat verib. O bildirib ki, müşahidəçilərin seçkilərə obyektiv qiymət verməsi Azərbaycan üçün böyük önəm daşıyır. Məzahir Pənahov qeyd edib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdirilir. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür. Bundan başqa, 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçinin seçki prosesini izlədiyini deyən MSK sədri fiziki və görmə məhdudiyyətli, eləcə də cəzaçəkmə müəssisələrində olan vətəndaşların da səsvermə hüquqlarından istifadə etmələri üçün bütün şəraitin yaradıldığını deyib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb
20.11.2019
Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə şok faktlar
19.11.2019
Sədr dəyişikliyi “milli şura”nın nüfuzunu qaldırmayacaq
19.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
19.11.2019
Deputatlar bu gün nəyi müzakirə edəcək?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info