“Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”
Tarix: 11.04.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlament Assambleyası müşahidə missiyası Azərbaycan prezidenti seçkilərində səsvermə prosesinin gedişini izləməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İlyas Umaxanov Azərbaycan xalqını ölkənin həyatında çox mühüm siyasi hadisə - prezident seçkiləri münasibətilə təbrik edib.
“Biz MDB PA-dan beynəlxalq müşahidəçilər olaraq Mərkəzi Seçki Komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən Azərbaycanda prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə seçkidən-seçkiyə yaxşılaşır, həmçinin seçki qanunvericiliyi mükəmməlləşir. Bu islahat daha şəffaf, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına xidmət istiqamətində gedir. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini sabit, rifah, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, - deyə İlyas Umaxanov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
08.08.2020
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr
07.08.2020
Kanadada yaşayan 15 yaşlı həmyerlimizin uğuru

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info