Elman Rüstəmov: “Turizmdən əldə olunan valyuta gəlirləri artıb“
Tarix: 11.04.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


"Azərbaycanda makroiqtisadi sabitlik var. Makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqları var". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. "Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq. Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - deyə E.Rüstəmov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info