Ramiz Mehdiyev: “Azərbaycanda cinayət törədənlər xaricdə qarayaxma kampaniyalarında iştirak edirlər“
Tarix: 11.04.2018 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər". Bunu bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm". R. Mehdiyev deyib ki, normal adam bu yola düşməməlidir: "Daxildə müxalifət var. Bir də var ki, gedib xaricdə Azərbaycana qara yaxır, hörmətdən salmağa çalışır. Heç bir millətin nümayəndələri bu yola düşməməlidir. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problem həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir".
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bəzən insanlar Azərbaycanda böyük cinayətlər törədib, xaricə qaçırlar: "Xaricdə də belələri Azərbaycanı pisləməyə başlayırlar. Əlbəttə, bu, yaxşı hal deyil. Bu, Azərbaycan xalqına xas keyfiyyət deyil. Bu insanlar mədəniyyəti, tərbiyəsi olmadığına görə belə yola əl atırlar".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info