“Turizmdən əldə olunan valyuta gəlirləri artıb“
Tarix: 12.04.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


"Azərbaycanda makroiqtisadi sabitlik var. Makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqları var". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. "Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu, ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq. Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - deyə E.Rüstəmov vurğulayıb.

Nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradılıb

E.Rüstəmov bildirib ki, nağdsız Azərbaycan proqramının reallaşdırılması ölkədə monetar sferanın idarə olunmasında mühüm rol oynayacaq. Onun sözlərinə görə, cari ildə AMB tərəfindən 3 layihə həyata keçiriləcək: “Nağdsız Azərbaycan proqramı bizim ciddi proqramlarımızdan biridir. Bildiyiniz kimi, Mərkəzi Bank cari ildə 3 böyük proqram reallaşdıracaq. Bunlar “Ani ödənişlər", “Nağdsız Azərbaycan" və “3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" proqramlarıdır. Hər üç layihə irəliləyir. Biz qoyulan hədəflərə doğru irəliləyirik. Hazırda tədbirlər planı reallaşdırılır. Biz bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə çox aktiv əməkdaşlıq edirik. “Nağdsız Azərbaycan" proqramının reallaşdırılması bütövlükdə ölkədə monetar sferanın idarə olunması, pul kütləsinə monetar nəzarətin həyata keçirilməsində, həm də vergi sistemində artıq başlanmış və nəzərdə tutulmuş geniş islahatlar proqramının həyata keçirilməsində mühüm rol oynayacaq. Ona görə biz Vergilər Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. "Nağdsız Azərbaycan" proqramı üzrə əsas tədbirlər planı müəyyənləşdirilib. Tədbirlər planına uyğun birlikdə işlər görülüb və tədbirlər planına uyğun olaraq biz irəliləyəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info