“Makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik”
Tarix: 12.04.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik". Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.
S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib: "Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir. Biz çalışırıq ki, öz iqtisadi siyasətimizi neftin qiyməti ilə o qədər də sıx bağlamayaq". Onun sözlərinə görə, cari ilin büdcəsində neftin qiyməti hazırda mövcud olan qiymətlərdən xeyli aşağı götürülüb: "Hesab edirəm ki, biz, yəqin ki, bu ehtiyatlı siyasəti bundan sonra da davam etdirəcəyik". "Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi, bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırılıb" -, deyə Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, bu prosesin başa çatdırılması ABB-nin özəlləşdirilməsi məsələsinin aktuallaşmasına imkan verir. S.Şərifov bildirib ki, ABB-nin özəlləşdirilməsi prosesinin keçirilməsi müəyyən hazırlıq işləri tələb edir. "Yəni bankın maliyyə vəziyyəti artıq tam sabitdir. Bank 2017-ci ilin yekunlarına dair auditdən keçmiş maliyyə hesabatlarını dərc etdirəcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli bir banka, instituta çevrilib. Beləliklə, özəlləşdirilmə ilə bağlı hazırlıq işlərinə start verilə bilər. Bu, vaxt aparan bir prosesdir. Çünki bunun üçün müxtəlif variantlardan biri seçilməlidir və müvafiq dövlət orqanları, ilk növbədə özəlləşdirmə ilə məşğul olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, bankın rəhbərliyi və digər dövlət qurumları bu məsələ ilə məşğul olacaqlar", - deyə S.Şərifov vurğulayıb. Özəlləşdirilmə zamanı ABB-nin törəmə müəssisəsi "Azərikard" MMC-nin taleyinə gəlincə, nazir qeyd edib ki, bu qurum fəaliyyətini davam etdirəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info