«Neft Fondunun aktivləri 2 milyard dollar artıb»
Tarix: 12.04.2018 | Saat: 01:11:00 | E-mail | Çapa göndər



Bu barədə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. "Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlardan yüksəkdir. Təbii ki, bu da Neft Fondunun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Bu artımın hansı məbləğdə olacağı isə neftin qiymətindən asılıdır", - deyə Ş. Mövsümov bildirib. O, həmçinin digər məsələlərə də münasibət bildirərək deyib ki, Azərbaycan Dövlət Neft Fondunun Rusiyanın "VTB Bankı"nda payını artırmaq planları yoxdur. ARDNF-nin icraçı direktorunun sözlərinə görə, ARDNF pay sahibi olduğu "VTB Bank"ından ötən il üzrə dividendinin yüksək olacağını gözləyir. Ş.Mövsümov, həmçinin bildirib ki, bu ilin may ayında Sankt-Peterburqda bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək: "Bu yığıncaqda həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividentlərin kəskin artmasını gözləyirik". Neft gəlirləri ilə bağlı məsələyə də toxunun Ş.Mövsümov qeyd edib ki, Azərbaycanda neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar artıq hazırlanıb.
Onun sözlərinə görə, bu qaydaların hökumət tərəfindən təsdiq olunması gözlənilir: “Bu fiskal qaydalara Müşahidə Şurasında baxılıb və hökumətin təsdiq etməsi gözlənilir. Neft gəlirlərindən istifadə ilə bağlı müəyyən qayda olacaq və hər il bu qaydaya əsasən hesablanacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info