Sergey Lebedev: “Seçici fəallığı müşahidə edilir, hər şey yüksək səviyyədə təşkil olunub”
Tarix: 12.04.2018 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçirilən prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev paytaxtın seçki məntəqələrində səsvermə prosesini izləyib. Sergey Lebedev və onu müşayiət edən MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda əvvəlcə Bakının 24 saylı Nizami birinci Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində və 25 saylı Nizami ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə tanış oldular, prosesi müşahidə edib, yerli və beynəlxalq müşahidəçilərlə fikirlərini bölüşüblər. 25 saylı Nizami ikinci Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində jurnalistlərə müsahibə verən Sergey Lebedev bildirib ki, Azərbaycanda prezident seçkilərinin gedişini izləmək üçün MDB-nin 8 ölkəsindən 221 müşahidəçi gəlib: “Biz artıq Azərbaycanın regionlarında olmuşuq. Səhər tezdən bizim müşahidəçilər Bakıda və regionlarda seçki məntəqələrinin açılışında iştirak ediblər. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə seçkilər sakit şəraitdə keçir, seçici fəallığı müşahidə edilir, hər şey yüksək səviyyədə təşkil olunub. Yerli müşahidəçilərlə də söhbət etdik və soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntu qeydə almamışıq, yerli müşahidəçilər də bu barədə heç nə deməyib. Biz yekun nəticələri aprelin 12-də keçiriləcək mətbuat konfransında açıqlayacağıq. İndi onu deyə bilərəm ki, səsvermə prosesində seçici fəallığı çox yüksək səviyyədədir. Biz səmimi qəlbdən arzu edirik ki, bu seçkilər Azərbaycanda sülh və stabilliyin inkişafına töhfə versin”. Rusiya-Azərbaycan münasibətləri barədə danışan Sergey Lebedev qeyd edib ki, ölkələrimiz strateji tərəfdaşdırlar: “Azərbaycanda sabitlik, xalq tərəfindən sevilən, hörmət edilən dövlət başçısının olması Azərbaycanın təkcə Rusiya ilə deyil, bütün qonşu ölkələrlə münasibətinə müsbət təsir edəcək”. Daha sonra MDB-nin müşahidə missiyası paytaxtın 36 saylı Xətai dördüncü Seçki Dairəsinin 9, 10 və 32 saylı seçki məntəqələrində səsvermə prosesini izləyiblər. MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Sloboda deyib: “Səhər tezdən seçki məntəqələrini gəzirik, səsvermə prosesini yaxından izləyirik. Mən səsvermə prosesinin dəqiq, sakit şəraitdə keçdiyini vurğulamaq istəyirəm. Seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur. Ən əsası odur ki, səsvermə prosesi Azərbaycan Respublikasının seçki məcəlləsinə uyğun keçirilir. Görünür ki, seçki komissiyaları səsvermə prosesinə çox yaxşı hazırlaşıb. Biz bilirik ki, onlar üçün çoxsaylı seminar və treninqlər keçirilib. Bu, onun nəticəsidir. MDB müşahidə missiyasının qərargah rəhbəri kimi demək istəyirəm ki, artıq müşahidəçilərimizlə əlaqə saxlamışam. Onlar mənə hər yerdə vəziyyətin sakit olduğunu, heç yerdə qayda pozuntusu qeydə alınmadığını bildiriblər. Proses seçki qanunvericiliyinə uyğun gedir. Ən əsası isə odur ki, həm seçki komissiyalarının rəhbərləri, həm də üzvləri bu seçkilərin çox yüksək səviyyədə keçməsinə çalışırlar”. MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin jurnalistlərə müsahibəsində qeyd etdi ki, Mərkəzi Seçki Komissiyasının dəvəti ilə prezident seçkilərinin gedişini izləmək üçün Azərbaycana gəliblər: “Missiyamıza 200-dən çox müşahidəçi daxildir. Bizim müşahidəçilər artıq martın 20-dən Azərbaycanda müşahidə aparırlar. Bu gün onlar daha fəal şəkildə işləyirlər. Məntəqələr açılan andan səsvermə prosesini izləyirik. Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdim. Seçki komissiyalarının üzvləri savadlı, hazırlıqlı insanlardır. Onların çoxunun yaxşı seçki təcrübəsi var. Baxmayaraq ki, hazırda məntəqələrdə seçicilərin fəallığı çox yüksəkdir. Bu çoxluğa baxmayaraq, məntəqələr ahəngdar işləyir. Biz olduğumuz bütün məntəqələrdə dəqiq və yüksək səviyyədə təşkilatçılıq müşahidə etdik. Bunların hamısı yekun rəyimizdə əksini tapacaq. Bu gün Azərbaycanda çox gözəl hava var, həm seçicilərin, həm də missiya üzvlərinin yüksək əhval-ruhiyyəsini xüsusi qeyd etməliyəm. Seçicilər bildirirlər ki, indi ən əsas məsələ sabitliyi və müsbət inkişafı qorumaqdır. Onlar bu istəklərini reallaşdırmaq üçün seçki məntəqələrinə səs verməyə gəlirlər”. MDB müşahidə missiyasının üzvləri Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13, 14 və 15 saylı seçki məntəqələrində də səsvermənin gedişi ilə tanış olub, prosesi müşahidə ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info