“ABŞ-ın Yaxın Şərqdəki bazalarına zərbə endiriləcək”
Tarix: 12.04.2018 | Saat: 02:21:00 | E-mail | Çapa göndər


Rusiya səfiri: “ABŞ-ın Suriyaya təcavüzü baş verərsə, Rusiyanın bütün raketləri vurmaq və atəş nöqtələrini məhv etmək hüququ var”

BMT Təhlükəsizlik Şurası Suriyaya dair İsveçin kompromisli qətnamə layihəsini qəbul etməyib. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) mütəxəssislərinin Suriyanın Duma şəhərinə göndərilməsinə dair qətnamə layihəsi lazımi sayda səs toplamadığından qəbul edilməyib. Sənəd Rusiya daxil olmaqla, 5 ölkə tərəfindən dəstəklənib, 4 ölkə əleyhinə səs verib, daha 6 ölkə isə bitərəf qalıb.

BMT Təhlükəsizlik Şurası qərar qəbul edə bilmir

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini də qəbul etməyib. TŞ-nin daimi üzvlərindən Rusiya və Çin, habelə Efiopiya, Qazaxıstan və Boliviya qətnaməni dəstəkləyib. TŞ-nin daimi üzvü olan 3 ölkə - ABŞ, Böyük Britaniya və Fransa, habelə Polşa “əleyhinə” səs veriblər. Altı dövlət bitərəf qalıb.
Rusiyanın təklif etdiyi qətnamə layihəsi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının mütəxəssislərinin kimyəvi silahdan istifadəyə dair iddiaları araşdırmaq üçün Suriyanın Duma şəhərinə yollanması planını dəstəkləyir. Sənəd münaqişə tərəflərindən ekspertlər qrupunun ölkə ərazisində normal fəaliyyəti üçün lazımi tədbirlərin görülməsini tələb edir. Rusiya da öz növbəsində BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılmasının yeni mexanizminə dair qətnaməsini bloklayıb. “RİA Novosti”nin xəbərinə görə, TŞ-nin 12 üzvü sənədi dəstəkləyib, Rusiya və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb. Qətnamə layihəsi Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılması ilə məşğul olan BMT-Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının ekspertlər qrupunun yeni missiya ilə əvəzlənməsini təklif edir. Bu arada ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb. Dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adıçəkilən gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur. Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir. Pentaqon məlumatı təsdiqləyərək, yerdəyişmənin planlı olduğunu vurğulayıb: “Dislokasiya yerinin dəyişməsi qüvvələrin müntəzəm rotasiyasının bir hissəsidir”. Bundan əvvəl ABŞ-a məxsus “USS Donald Cook” və “USS Porter” gəmilərinin Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtəsində “Tomaqavk” tipli onlarla qanadlı raketin yerləşdirildiyi vurğulanır.

Rusiya mətbuatı yazır ki, ölkənin ordusu gizli şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilib

Moskva Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, Suriya hökumət qüvvələrinə zərbələrin endirilməsi “ən ağır fəsadlar”la nəticələnəcək. Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu bəyan edib. Rusiya mətbuatı yazır ki, ölkənin ordusu gizli şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilib. Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkinin bəyanatını dünya xəbər agentlikləri “təcili xəbər” kimi yayımlayıblar. Səfir deyib ki, ABŞ-ın Suriyaya təcavüzü baş verərsə, Rusiyanın bütün raketləri vurmaq və atəş nöqtələrini məhv etmək hüququ var: “Rusiya ABŞ raketlərini vurmaq və atəş nöqtələrinə zərbələr endirməklə bağlı öz prezidentinin ABŞ-ın Suriyaya istənilən təcavüzü ilə bağlı bəyanatlarını yerinə yetirəcək”. Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Moskvanın Suriya qarşısında öhdəliyi var. “Nezavizimaya qazeta” yazır ki, Qara dəniz, Aralıq dənizi və Xəzər dənizində yerləşən donanmada aktivlik müşahidə edilir. Rusiya Xəzərdə olan donanması vasitəsilə Suriya ərazisində olan terror yuvalarına “Kalibr”lərlə zərbələr endirib. Hərbi ekspert, general-leytenant Yuri Netkaçev ABŞ Rusiyanı kimyəvi silah tətbiqində ittiham edərək Suriya ərazisinə zərbə endirsə və Tartus və Hmmeym bazalarına təhlükə yaransa, “Kalibr” vasitəsilə ABŞ-ın Yaxın Şərqdəki baza və digər obyektlərinə zərbə endiriləcək. “Röyters” ABŞ-ın Rusiya obyektlərinə zərbə vura biləcəyi ilə bağlı xəbər yayıb. Yuri Netkaçev hesab edir ki, məsələ bu həddə çatmayacaq-böyük toqquşmanı heç bir tərəf istəmir. Ekspert hesab edir ki, Ağ Ev bir il əvvəl Şayrat bazasına 59 raket zərbəsi endirmişdi. Bu dəfə də oxşar plan ola bilər. NATO qüvvələrinin keçmiş baş komandanı Uesli Klark CNN-ə bildirib ki, ABŞ Suriyada təyyarə bazasına zərbə endirə bilər. ABŞ bununla da vəziyyətdən çıxa bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info