Azərbaycandan ən uzaqda yerləşən seçki məntəqəsində - Los Ancelesdə səsvermə başa çatıb
Tarix: 12.04.2018 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


Aprelin 11-də Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda Azərbaycan Prezidentinin seçkiləri keçirilib. Səsvermə baş konsulluqda yaradılmış 17 saylı Yasamal 3-cü seçki dairəsinin 54 saylı seçki məntəqəsində təşkil edilib. Bu məntəqə Azərbaycandan ən uzaq məsafədə yerləşən və seçkilərin ən axırıncı yekunlaşdığı seçki məntəqəsi olub.

AZƏRTAC xəbər verir ki, Los Anceles ilə Bakı arasında 11 saat zaman fərqinin olduğunu nəzərə alaraq, seçkilər burada Bakı vaxtı ilə aprelin 12-də səhər saat 6-da yekunlaşıb. Seçkilərdə Kaliforniyada və ABŞ-ın digər qərb ştatlarında daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları, baş konsulluğun əməkdaşları və onların səsvermə hüququ olan ailə üzvləri iştirak edib. Bundan başqa, Argentina və Braziliyadan da Azərbaycan vətəndaşları səs vermək üçün Los Ancelesə gəlib.
Səsvermə Azərbaycan qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq təşkil edilib. Məntəqədə vətəndaşların rahat və demokratik şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info