CCTV: İlham Əliyev bütün beynəlxalq diplomatik cəbhələrdə sözünü deyə bilən çox güclü və uzaqgörən liderdir
Tarix: 12.04.2018 | Saat: 13:16:00 | E-mail | Çapa göndər


Çinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş prezident seçkilərinə böyük diqqət göstərib.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, “China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb, təqdim ediblər.
Sinxua agentliyinin “Azərbaycanda prezident seçkilərində İlham Əliyev qalib gəldi” başlıqlı geniş xəbərində seçkilər barədə ətraflı məlumat verilib. Xəbərdə seçicilərin, seçki məntəqələrinin, beynəlxalq və yerli müşahidəçilərin, seçkiləri işıqlandıran xarici jurnalistlərin, veb-kamera quraşdırılmış məntəqələrin sayı, Mərkəzi Seçki Komissiyasının və “exit-poll” sorğularının nəticələri öz əksini tapıb. Bildirilib ki, seçici fəallığı ilə keçən səsvermənin nəticələrinə əsasən hazırki Prezident İlham Əliyev 86 faiz səslə qalib gəlib.
Dövlətimizin başçısının “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir” fikrinə istinad edən Sinxua agentliyi yazır ki, beynəlxalq müşahidəçilər seçkilərin gedişində hər hansı qanun pozuntusa rast gəlməyiblər. Səsvermə bütün qanunlara və standartlara uyğun keçirilib.
CCTV-nin Bakıya ezam olunmuş çəkiliş qrupunun səsvermə günü müxtəlif seçki məntəqələrindən, o cümlədən Prezident İlham Əliyevin səs verdiyi məntəqədən hazırladığı reportajlar televiziyanın müxtəlif kanallarında bir neçə dəfə yayımlanıb. Reportajlarda seçki ilə bağlı dolğun məlumat verilib.
CCTV-nin beynəlxalq icmalçısı Malik Ayub Sumbal seçki günü hazırladığı “İlham Əliyev növbəti müddətə Azərbaycan prezidenti seçilcəkmi?” başlıqlı məqaləsində yazır ki, son illər ölkədə qazanılan uğurlar İlham Əliyevin yenidən prezident seçiləcəyinə şübhə doğurmur. O, bütün beynəlxalq diplomatik cəbhələrdə sözünü deyə bilən çox güclü və uzaqgörən liderdir.
Qeyd olunur ki, Cənubi Qafqazda yerləşən Azərbaycan böyük geosiyasi əhəmiyyətə malik ölkədir. Paytaxt Bakı isə tarixi və müasir infrastrukturu olan şəhərdir. Son illər Azərbaycan rəhbərliyi turizm sektoruna böyük diqqət göstərməklə, respublikanı Yaxın Şərq və Asiyadan gələnlər üçün populyar turizm ölkəsinə çevirib. Bu və digər amillər hazırki rəhbərliyin ölkənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirdiyinə şübhə yaratmır.
Müəllif ölkənin əsas problemi olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə yaranan münaqişədən, Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan Transxəzər beynəlxalq nəqliyyat və ticarət dəhlizindən də bəhs edib.




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info