ECR missiyası: “Səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb“
Tarix: 12.04.2018 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqlar qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib".
Trend xəbər verir ki, bunu missiyanın üzvü, Polşadan olan müşahidəçi Beata Sobkeviç seçkinin nəticələri ilə əlaqədar keçirdikləri brifinqdə deyib.
Onun sözlərinə görə, ü mumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib: "Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi proseduralar baxımından əldə olunan təkmilləşdirmələri təqdir edir. Missiyamıza çoxsaylı digər beynəlxalq və yerli seçki müşahidə qrupları da qoşulub. Azərbaycanda olduğumuz müddətdə onlarla ünsiyyət qurduğumuz zaman, onların fəaliyyətinə hər hansı manelərin yaradıldığını görmədi".
B.Sobkeviç bildirib ki, missiya seçki günü Seçki Məcəlləsinin hər hansı mühüm, yaxud sistematik pozulması halları müşhaidə etməyib: "Biz heç bir seçki məntəqəsində səsvermə prosesinə kənar müdaxilələrin və ya səsvermə məntəqələrində və onların yaxınlığında seçicilərə hər hansı təzyiq hallarının olmasını müşahidə etmıdik. Ümumi atmosfer təhlükəsiz idi".




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info