“Azərişıq”dan daha bir yenilik
Tarix: 12.04.2018 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC mövcud və tikilməkdə olan sahibkarlıq obyektinə, o cümlədən evinə, bağına yaxud  həyətinə elektrik enerjisi çəkdirmək istəyənlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edib.
 
“Azərişıq” ASC-dən verilən məlumata görə, Səhmdar Cəmiyyətin (azerishiq.az) rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə elektrik enerjisi çəkdirmək üçün tələb olunan texniki şərtlərin verilməsinin yenilənmiş qaydalar öz əksini tapıb. Xüsusi bölmə Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Həmçinin “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmədə yazılı qaydalarla yanaşı video-rolik də yerləşdirilib.
 
İndi istənilən sahibkar www.azerishiq.az  saytının əsas səhifəsindəki “Elektrik şəbəkəsinə necə qoşulaq” bölməsinə daxil olmaqla tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və eyni zamanda tələb olunan gücü 150 kVt və ondan yuxarı sahibkarlıq obyektlərinin orta və yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması qaydalarından və şərtlərdən ətraflı tanış ola biləcəklər. Habelə evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək istəyən məişət abonentləri də bu xidmətdən yararlanacaqlar.
Qeyd edək ki, tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məişət abonentlərinin evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirməsi yalnız və yalnızı “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə “Azərişıq” ASC tərəfindən həyata keçirilir. Artıq elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərtlər nəinki Bakıda, ümumilikdə bütün regionlarda fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə verilir. Bundan başqa, sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün vahid pəncərə üzrə prosedurlar 7-dən 3-ə endirilib, prosesin müddəti isə 69 gündən 24 günə salınıb
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info