Lebedev: “Seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq”
Tarix: 12.04.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


“Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanıb və təşkil olunub”. 

Bu sözləri MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib. O bildirib ki, MDB müşahidə missiyası martın 20-dən Azərbaycanda işləyir: “Əvvəlcə 20 uzunmüddətli müşahidəçi var idi. Səsvermə ərəfəsində yeni üzvlər də əlavə oldu. Ümumilikdə səsverməni 221 müşahidəçimiz izlədi. Bütün regionları əhatə etdik”.
 
S. Lebedev Azərbaycanın Seçki Məcəlləsinin beynəlxalq normalara cavab verdiyini söyləyib: “Məcəllə vətəndaşların iradəsini ifadə edir. Bizi hər yerdə xoş niyyətlə qarşıladılar, missiyamızı yerinə yetirmək üçün hər cür şərait yaratdılar. Bizim missiyanın əsas məqsədi dövlətin daxili işinə qarışmaq deyil, ölkənin qanunlarına hörmət etmək idi. İnsanlarda bayram əhval-ruhiyyəsi hiss olunurdu. Yaşlı insanlara yardım edirdilər. İlk dəfə səsverməyə gələn gənclərə yol göstərilirdi”.
 
S. Lebedev qeyd edib ki, bütün namizədlər öz proqramlarını təqdim etmək üçün KİV-ə çıxış əldə edə bilmişdilər: “Bütün bunların əsasında biz seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq. Səsvermə Azərbaycan Seçki Məcəlləsinə uyğun oldu, açıq və şəffaf keçirildi. Namizədlər üçün rəqabət mühiti yaradılmışdı. Bəzi çatışmazlıqlar da oldu, lakin bunlar əsasən texniki xarakter daşıyırdı”.

MDB Parlamentlərarası Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov da qeyd edib ki, Azərbaycanda prezident seçkiləri qanuna uyğun keçirilib: "Qafqazda platforma, proqram deyil, nüfuzlu şəxsiyyətin olması vacibdir. Azərbaycan prezidenti də belə nüfuza malikdir. Seçkilərə çox böyük maraq var idi. Azərbaycan seçki qanunvericiliyini mükəmməlləşdirmək istiqamətində işləri davam edir. Seçki ilə bağlı səlahiyyətli orqanların böyük işini qeyd etmək istəyərdim. Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info