Avropada həyəcan təbili çalınır
Tarix: 04.06.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Çexiya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib. Buna paytaxt Praqada və daha bir neçə şəhərdə çayların öz məcrasından çıxması nəticəsində baş verən daşqınlar əsas verib. Ölkənin 50 şəhərində daşqın təhlükəsi ilə əlaqədar 3-cü və ən yüksək səviyyədə xəbərdarlıq elan edilib. Təbii fəlakət nəticəsində, ən son məlumatlara görə, 2 nəfər ölüb. Daşqına aramsız yağan yağış səbəb olub.
Ölkənin mərkəzi rayonlarında yağışlar səngimir, çaylarda suyun səviyyəsi artmaqda davam edir.Praqada su basmış ərazilərdən sakinlərin evakuasiyası aparılır, metropolitenin 8 stansiyası bağlanıb. Şəhərin bir sıra rayonlarında yollarda və dəmiryolunda hərəkət dayanıb. Çexiya ilə bərabər, Avstriya və Almaniyada da aramsız yağış daşqınlara səbəb olub. Belə ki, 4-ü Çexiya, 2-si Avstriya və 2-si Almaniyanın cənubunda olmaqla, 8 nəfər itkin düşüb. Avstriyada daşqın səbəbindən yüzlərlə sakin təxliyyə olunub, minlərlə şəxs təbiət hadisəsinin fəsadlarının aradan qaldırılmasında iştirak edir. Almaniya hakimiyyəti 10 şəhərdə və Bavariya əyalətində daşqınla əlaqədar həyəcan təbili çalır. Daşqınlar Avropanın mərkəzində dəmiryol və avtomobil nəqliyyatının işini də çətinləşdirib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Estoniya rəqəmsal olaraq ən yüksək inkişaf etmiş ölkə sayılır
23.05.2019
Terrorçular “Zara“nı bombaladı
23.05.2019
Britaniya XİN Tereza Meyin istefası barədə məlumatı təkzib edib
23.05.2019
Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı
23.05.2019
28 May – Respublika Günü Nyu Yorkda təntənəli konsertlə qeyd ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info