Kürdəmirdə ət, süd və yumurta istehsalı artıb
Tarix: 12.04.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Təsadüfi deyil ki, cari ilin birinci rübündə məhsul istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin ilk üç ayında rayonda kəsim üçün diri çəkidə 2076 ton ət, 10 min 666 ton süd, 6 milyon 894 min ədəd yumurta istehsal olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 16,6 faiz, yumurta istehsalı isə 84,4 faiz çoxalıb.
Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin xüsusi önəm kəsb etdiyi bir vaxtda idxaldan asılılığın tamamilə aradan qaldırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər hər yerdə, o cümlədən Kürdəmirdə də öz bəhrəsini verməkdədir. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi aqrar sektorun digər sahələrində olduğu kimi, heyvandarlıqda da dinamik inkişafı təmin edib. Təsadüfi deyil ki, ilin ilk rübündə Kürdəmirdə istehsal olunan ətin 99,2 faizi, südün 91,6 faizi, yumurtanın 93,2 faizi sahibkarların, ailə kəndli təsərrüfatlarının payına düşür. Bu sahədə 700 baş cins inəyin bəslənildiyi və gündəlik istehsal gücü 180 ton olan “Azərsun Holdinq”ın “Kürdəmir Süd Kompleksi” MMC-nin, Cəyli kəndindəki “Zibeyir”, Şilyandakı “Qoca” və digər fermer təsərrüfatlarının fəaliyyətləri diqqətəlayiqdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info