Avrasiya Kombat Ciu-Citsu Federasiyası İlham Əliyevi təbrik edib
Tarix: 12.04.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov ölkə başçısı cənab prezident Ilham Əliyevin seçkilərdə yenidən qələbə qazanması səbəbi ilə təbrik ünvanlayıb təbrikdə deyilir:

“Əziz Azərbayca xalqı, möhtərəm Prezident, cənab ali baş komandan İlham Heydər oğlu Əliyev və Yeni Azərbaycan Partiyasının üzvləri sizləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının üzvləri və şəxsən öz adımdan cənab prezident İlham Əliyevin yenidən prezident seçilməyi münasibəti ilə təbrik edirəm. Xüsusilə vurğulamaq istərdim son 15 ildə Ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf etdirilib, təkmilləşdirilib cənab prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində Azərbaycan sürətlə dəyişib yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın həyatında baş verən dəyişikliklər, onu əks etdirən statistikaya qısa baxış dediklərimizin əyani təcəssümü sayıla bilər. Sözügedən illər ərzində iqtisadiyyat 3,5 dəfədən çox artmış, 1,6 milyondan çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması kimi unikal sosial inkişaf qeydə alınmışdır. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni digər, hətta yüksək dinamika nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi sayılmağa tam layiqdir. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır.
Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir. Azərbaycan tarixinin son 14 ili, o cümlədən 2018-ci ilədək olan dövrü, sözün əsl mənasında, hərtərəfli inkişaf kimi yadda qalıb. Son 5 ildə bir sıra irimiqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycan regionda öz gücünü nümayiş etdirməklə yanaşı həm iqtisadiyyatına,turizminə,idmanına,elminə daha böyük naliyyətlər qazandırmış oldu. Davos İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, müasir cəmiyyət quruculuğu, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi böyük uğurlar, irəli sürdüyü qlobal təşəbbüslər, əlbəttə ki, onun dünya birliyi üçün əhəmiyyətini artırmış, beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdir. Azərbaycan öz müstəqil siyasəti, iqtisadi inkişaf təcrübəsi, mədəni irsi, tolerantlıq nümunəsi, idman sahəsində əldə etdiyi uğurlarla dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdır. Ölkəmizin potensialı və bu illər ərzində qazandığı təcrübə ona istənilən tədbiri layiqli şəkildə təşkil etməyə imkan verir. Azərbaycanda çoxsaylı regional və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Birinci Cənubi Qafqaz Forumunun, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, ABŞ-Azərbaycan Forumunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının, Davos İqtisadi Forumunun, III Beynəlxalq Humanitar Forumunn, çoxsaylı idman yarışlarının və digər mühüm tədbirlərin keçirilməsi ölkəmizin dünya miqyaslı iqtisadi, siyasi və humanitar dialoq mərkəzinə çevrildiyini əyani şəkildə göstərdi. Digər tərəfdən, bu tədbirlər regionda mühüm məsələlərin müzakirəsinə və həllinə, türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, dünya səviyyəsində mədəniyyətlərarası dialoqun, humanitar əməkdaşlığın güclənməsinə, qlobal iqtisadi məsələlərin nəzərdən keçirilməsi və onların ətrafında səmərəli fikir mübadiləsinin təşkilinə öz mühüm töhfəsini verib. 2008-ci ildə Avropaya xarici vətəndaşlara qucaq açaraq Azərbaycanda misli görülməmiş hələdə yaddaşlarda qalan Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi etdi bu mədəniyyətimizin daha çox ölkəyə çatdırılmağı ilə yanaşı Azərbaycanın hər zaman toleran,sülhsevər və qonaqpərvərliyini sübut etdi. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünə qədəm qoydu, Azərbaycanın dövlət büdcəsi artdı, açılan yeni iş yerlərinin sayı 1 milyon 300 mini keçdi, yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artdı. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyuldu. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmayıb. Özü də bu inkişafa qlobal iqtisadi böhranın tüğyan etdiyi şəraitdə nail olunub. Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ciddi tədbirlər görüldü, maaşlar, pensiyalar artırıldı. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini yüksəltdi. Ölkəmiz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında öz yerini daha da möhkəmləndirdi. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir. Bunu təsdiq edən ən böyük amillərdən biri 2012-ci ildə Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanmasıdır. 2013-cü ildə imzalanmış “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək. Nəhayət, 2014-cü il sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Əlbəttə, bu cür böyük layihələrin həyata keçirilməsi xalqımızın rifahını daha da yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı çox önəmli beynəlxalq oyunçuya, həlledici söz sahibinə çevirir, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edir. Azərbaycan 2015-ci ildə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdi bunların ən başlıcasında birinci Avropa Olimpiya Oynlarını xüsusi qeyd etməliyik. Ölkəmiz bu nüfuzlu beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşdı. Daha sonra 2017-ci il İslam Həmrəylik oyunları ölkəmizi tanıtmaqla yanaşı gücünü qüdrətini barzi formada dünyaya bildirdi.2017-ci ildə baş tutan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanda yeni infrastuktur layihələr qazandırmaqla yanaşı ölkəyə iqtisdi baxımdanda qazanclar gətirəcək. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm addım olan BTQ dəmir yolu layihəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.


Oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə bu barədə ətraflı danışılıb. Bildirilib ki, BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətli tarixi hadisədir.


Xatırladaq ki, BTQ dəmir yolu Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir.


Peşəkar ordusu olan ölkənin müstəqilliyi də əbədidir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. 2014-cü ilin avqustunda təmas xəttində düşmənin diversiya qrupunun darmadağın edilməsi, bir neçə ay sonra Azərbaycanın hava məkanına soxulan düşmən helikopterinin məhv edilməsi Azərbaycan Ordusunun gücünü açıq-aşkar göstərdi. Azərbaycan Silahlı Qüvvələri hər cəhətdən düşməndən qat-qat yüksək olduğunu nümayiş etdirdi. 2016-cı ilin aprelində də belə oldu. Qəhrəman ordumuz Ermənistanın təmas xəttində törətdiyi təxribatın qarşısını mərdliklə aldı. Əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu işğal altında qalan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarət etmək imkanı qazandı. Bununla da Azərbaycan Ordusu düşmənə öz qüdrətini göstərdi, tariximizə şanlı səhifə yazdı.Aprelin 2 də ermənilərlə təmas xəttində gedən qızğın atəşmada bizim şücaətli oğullarımızı bir daha güclərin nümayiş etdirdi və Cəbrayılın Cocuq Mərcanlı kəndi azad olundu. 24 ildir ki, sakinlərinin yolunu gözləyən Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndində bu gün həyat qaynayır. Respublikanın müxtəlif bölgələrində məskunlaşmış cocuq mərcanlılılar uzun fasilədən sonra öz yurd-yuvalarına döndülər. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsas tutaraq imzaladığı sərəncam sayəsində bu gün Cocuq Mərcanlıda 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmişdir.


Sonunda söyləmək istərdim əziz gənclər dəyərli Azərbaycan xalqı cənab İlham Əliyevin seçkilərdə 86.09% səs toplamaqla yenidən Azərbaycan Respublikasının prezidenti seçildi ümumilikdə bizim hər birimizin verdiyimiz səs növbəti 7 ildə Azərbaycanın sürətli inkişafına yönəlmiş ən böyük addımdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info