Ötən tədris ilində 26 ölkədə 1170 tələbəmiz təhsil alıb
Tarix: 04.06.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüləri hər tədris ilinin sonunda Təhsil Nazirliyinə şəxsən gələrək müvafiq hesabat verməli və qeydiyyatdan keçməlidirlər. Təhsil Nazirliyindən verilən xəbərə görə, təqaüdçülərin qeydiyyatı 3 iyun - 1 oktyabr tarixləri arasında hər iş günü 10:00-dan 13:00-dək aparılacaq.
Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərə təhsil alınan tədris ilinin bitməsi və növbəti tədris ilinə keçmə, eyni zamanda növbəti tədris ilində semestrlərin başlanma və bitmə tarixlərini əks etdirən təhsil müəssisəsi tərəfindən verilmiş rəsmi arayış, qiymət cədvəlindən çıxarış, istifadə edilmiş aviabilet, şəxsi bank hesabından çıxarış, ümumvətəndaş pasportunun surəti, təqaüdçü tərəfindən doldurulmuş müvafiq anket daxildir. Rezidenturada təhsil alan tələbələr həkim-professorlar tərəfindən onların ümumi fəaliyyətlərini qiymətləndirən arayış təqdim etməlidirlər. Təhsil Nazirliyi 2012/2013-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayını açıqlayıb. Nazirlikdən verilən xəbərə görə, 2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb. Onlardan 306-sı Türkiyə, 278-i Almaniya, 200-ü Böyük Britaniya, 126-sı Kanada, 46-sı Rusiya, 39-u İsveçrə, 35-i Fransa, 24-ü Cənubi Koreya, 18-i Niderland Krallığı, 17-si Avstraliya, 10-u Avstriya, 7-si Litva və İtaliya, 6-sı Çexiya, 5-i İsveç və İspaniya, 4-ü İrlandiya, 3-ü Malayziya və Finlandiya, 2-si Norveç, Yaponiya, Estoniya, Yeni Zelandiya, Sinqapur və Belçikanın hər birində isə 1 nəfər təhsilini davam etdirib. Dövlət Proqramı çərçivəsində ən çox tələbə hazırda Türkiyədə təhsil alır. Bu ölkədə tələbələrimizin daha çox təhsil almasının əsas səbəbləri iki ölkə arasındakı tarixi, dil və mədəni baxımından yaxınlığın olması, Türkiyənin inkişaf prosesindəki təcrübənin öyrənilməsinin aktuallığı və həmin ölkənin səfərlərin edilməsi baxımından əlverişli coğrafi məsafədə yerləşməsidir. Hökumətlərarası müqavilələr çərçivəsində isə 6 ölkədə 712 nəfər tələbə təhsil alır. Bunlardan 442 nəfər Türkiyə, 239 nəfər Rusiya, 26 nəfər Çin, 3 nəfər Misir, Çexiya və Slovakiyanın hər birində isə 1 nəfər təhsilini davam etdirir.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info