14 ildə kənd təsərrüfatının ümumi məhsulu hər il 3,7% artıb
Tarix: 12.04.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


2003-cü ilə nisbətən 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7% artıb.
 
Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan partiyasının saytına müsahibəsində bildirib.
 
T.Budaqovun sözlərinə görə, ötən il 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6% artırılaraq 1 219,5 min hektardan 1 665,6 min hektara çatdırılıb.
 
“2017-ci ildə pambığın əkin sahəsi 2015-ci illə müqayisədə 7,3 dəfə, pambıq istehsalı isə 5,9 dəfə artaraq 207,5 min tona çatıb. Ötən il qarğıdalı da nəzərə alınmaqla ilkin çəkidə 2 928,8 min ton taxıl məhsulu toplanıb ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 871,0 min ton və ya 42,3% çoxdur. Bu dövrdə buğda istehsalı 17,6%, arpa istehsalı 2,4 dəfə, dən üçün qarğıdalı istehsalı 64,6% artıb. Keçən il üçün şəkər çuğundurunun istehsalı 2003-cü ilə nisbətən 270,9 min ton və ya 3,1 dəfə artaraq 399,8 min tona çatıb. Ötən il 69,4 min hektar sahədən 1 405,6 min ton tərəvəz, 58,8 min hektar sahədən 913,9 min ton kartof toplanıb ki, bu da 2003-cü illə müqayisədə müvafiq olaraq  34,3% və 18,8% çoxdur. 2017-ci ildə yeni salınmış 16,5 min hektar meyvə bağları da nəzərə alınmaqla 186,4 min hektar, o cümlədən bar verən yaşda 138,3 min hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 954,8 min ton meyvə və giləmeyvə toplanıb. Fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, Zaqatala, Balakən, Xaçmaz, Qax, Quba, Qusar, İsmayıllı, Qəbələ, Şabran, Oğuz rayonlarında və Şəki şəhərində 10,7 min hektar sahədə yeni fındıq bağları salınıb. 2017-ci ildə meyvə və giləmeyvə əkinlərinin ümumi sahəsi 2003-cü ilə nisbətən 2,1 dəfə, istehsalı 66,9% artıb”, - deyə T.Budaqov vurğulayıb.
 
Komitə sədrinin sözlərinə görə, ötən il 309,2 hektar sahədə yeni salınmış üzümlüklər də nəzərə alınmaqla 2017-ci ilin əvvəlinə 16,1 min hektar, o cümlədən 14,1 min hektar bar verən yaşda üzümlüklər mövcud olub, həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 152,8 min ton üzüm yığılıb. 2003-cü illə müqayisədə üzümlüklərin sahəsi 8,4 min hektar (2,1 dəfə), üzüm istehsalı (talvar üzümü də daxil olmaqla) 87,8 min ton (2,4 dəfə) artıb: “2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı müəssisələri-hüquqi şəxslər üzrə heyvandarlıq məhsullarının istehsalı real ifadədə 4,2 dəfə, yaxud hər il orta hesabla 10,7%, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə isə 1,6 dəfə (hər il orta hesabla 3,6%) artıb”.
 
T.Budaqovun vurğulayıb ki, qeyd olunan dövrdə ət (kəsilmiş çəkidə) istehsalı 70,7%, süd istehsalı 73,3%, yumurta istehsalı 2,5 dəfə, yun istehsalı 32,2% artıb.
 
“2018-ci il yanvarın 1-i vəziyyətinə ölkədə 2 679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 289,8 min baş inək və camış mövcud olub. 2004-cü il yanvarın 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 437,5 min baş və ya 19,5%, inək və camışların sayı 214,1 min baş və ya 19,9% artıb. Müqayisə edilən dövrdə ölkədə qoyun və keçilərin baş sayı 1 185,5 min baş (16,3%) artaraq 8 465,6 min başa çatıb”, - deyə komitə sədri əlavə edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info