Beynəlxalq neft-qaz sərgisi başlayır
Tarix: 04.06.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


İyunun 4-7-də «Baku Expo Center»də Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbir olan və fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq «Xəzər neft və qaz, neftayırma və neft kimyası» («Caspian Oil & Gas») sərgi-konfransı keçiriləcək.
Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, ilk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş «Əsrin müqaviləsi»nin imzalanması ərəfəsində keçirilib. Keçirildiyi illər ərzində sərgidə 70-dən çox ölkədən 5 600 şirkət iştirak edib. Sərginin təzə meydançada - Bakı Sərgi Mərkəzində keçirilməsi isə onun inkişafına yeni təkan verərək sərgi tarixində mühüm hadisəyə çevrilib. «Xəzər neft və qaz-2013» sərgi və konfransının qonaqları arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin dövlət katibi Qyunnar Oom, Energetika Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov və digər şəxslər var. Yubiley sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 28 ölkədən 386 şirkəti bir araya gətirəcək. Sərgi 3 pavilyonda, eləcə də komplekslə yanaşı, açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaq. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artıb. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərgiyə qatılan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Sərgiyə rekord sayda - 20 şirkət sponsorluq edir. İyunun 5-də öz işinə başlayacaq və 600 nümayəndə heyətinin qatılacağı konfransda 50-dən çox məruzəçi çıxış edəcək.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info