Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun Azərbaycana səfəri nəzərdə tutulub
Tarix: 12.04.2018 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bununla əlaqədar Nazirliyin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. 
 
BƏT-in Baş direktoru Qay Rayderin də konfransda iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılıb ki, bu da Azərbaycanın BƏT-ə üzv olduğu 26 illik dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaq. Həmçinin konfransda 20-dək ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.
Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində bu Təşkilatın 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq onların icrası yönündə məqsədyönlü işlər aparır. Həmin məqsədlərin icrasının əlaqələndirilməsi məqsədilə ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılaraq fəaliyyət göstərir.
 
Dayanıqlı İnkişaf Məqsədləri sırasında  dayanıqlı inkişaf şəraitində bütün əhali üçün səmərəli məşğulluq imkanlarının yaradılması və layiqli əməyin təmin olunması da mühüm yer tutur ki, bu da 8-ci Məqsəddə əksini tapır. Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı bu mühüm hədəfə nail olunmasında birgə və səmərəli fəaliyyət müstəvisini formalaşdırmaqla, ümumən sosial inkişaf naminə vacib məqsədlərin reallaşmasına yönəlib. Ötən ilin iyun ayında Azərbaycanın BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanması ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti təzahürü olmaqla, Azərbaycanın BƏT-in siyasi qərarlarının qəbulunda iştirak imkanına malik olmasını şərtləndirib. 
 
Konfransda dünyada əmək bazarının müxtəlif kontekstlərində Dayanıqlı İnkişaf Məqsədlərinin, həmçinin layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlərin, əməyin gələcəyi, iqtisadi inkişafın inkluziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəli olması, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid,  Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sisteminin tətbiqi və s. müzakirə olunması nəzərdə tutulur.  
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info