“Birinci informasiya”: “Ermənistandan Rusiyaya göndərilən mallar geri qaytarılır”
Tarix: 13.04.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


“Ermənistanda Rusiyadakı miqrantlardan pul gözləyən erməni ailələrini böyük məyusluq gözləyir”

“2016-cı ilin mart ayından bəri ilk dəfə olaraq Moskva birjasındakı hərracda avronun məzənnəsi 80 rubldan artıq olub. Bununla yanaşı, ABŞ dollarının da məzənnəsi artıb. Belə ki, ABŞ dolları artıq, əvvəllər olduğu kimi, 64 rubl yox, daha artıq məzənnəyə təklif edilir. Qeyd edilməlidir ki, rus valyutasının dəyərdən düşməsi ABŞ-ın bu ölkənin şirkət və bir sıra nüfuzlu nümayəndələrinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra başlayıb”.
Bu fikirləri BBC-nin rus xidmətinə istinadən ermənilərin «Birinci informasiya” saytı yayıb. Əslində, ABŞ-ın Rusiyanın böyük şirkətləri olan «Rusala» və ya «Lukoyl»a qarşı tətbiq etdiyi sanksiyalar erməniləri o qədər də narahat etmir. Onları daha çox bu sanksiyaların “Qazprom” və onun törəməsi olan “Armenal”a təsir edə biləcəyi narahat edir. Ermənilər Rusiyanın maliyyə bazarındakı dəyişikliklərin Ermənistan iqtisadiyyatı ilə yanaşı, bu ölkədə olan erməni vətəndaşlarına da mənfi təsir göstərəcəyindən bərk narahardırlar. «Birinci informasiya” yazır: «Bir neçə gün ərzində rus rublu Ermənistanda böyük tənəzzüllə üzləşib. Bir müddət əvvəl Rusiyadakı miqrant ailəsindən göndərilən 1000 rus rubluna 8200-8300 dram almaq olurdusa, bu gün 1000 rus rublu 7600-7400 dram nisbətindədir. Rusiyanın maliyyə bazarlarında yaranan vəziyyət iqtisadiyyatımıza, xüsusilə də Rusiyadan göndərilən pul köçürmələrinə mənfi təsir göstərəcək. Bunlar Rusiya iqtisadiyyatındakı dəyişikliklərindən birbaşa təsirlənən ənənəvi sahələrdir. Bu vəziyyət erməni ixracatçılar üçün böyük problemlər yaradıb, çünki erməni məhsulları yüksək qiymətə görə Rusiya bazarında rəqabətsizdir. Məhz bunun nəticəsidir ki, erməni ixracatçılar böyük zərər görməklə yanaşı, Rusiya bazarlarda öz mövqelərini də itirməkdə davam edirlər. Erməni ixracatçıların Rusiya bazarlarına göndərdikləri malların geri qaytarılır. Bu halla daha çox spirtli içkilər- konyak, şərab və pivə istehsalçıları qarşılaşıblar. Erməni biznesmenlərinin qarşılaşdıqları digər problem isə ixrac etdikləri malların qiymətləri ilə bağlı yaranıb. Onların Rusiya bazarlarına apardıqları malların xərci qiymətindən baha başa gəlir. Belə çətinliklərlə üzləşən etməni iş adamlarının Ermənistan hakimiyyətinə ünvanladıqları müraciətlər, həmişə olduğu kimi, cavabsız qalıb. Ucuzlaşmaqda olan rus rublu alıcılıq qabiliyyətini itirir. 2014-cü ildə rublun devalvasiyası nəticəsində yaranan vəziyyət Rusiyadakı həmyerlilərimizi böyük çətinliklərlə üz-üzə qoymuşdu. Təbii ki, bunun acısını onların Ermənistanda qalan ailələri çəkməli olmuşdu. Bu gün reallıq belədir ki, Ermənistanda Rusiyadakı miqrantlardan pul gözləyən erməni ailələrini böyük məyusluq gözləyir. Bu gün rublun ucuzlaşmasının nəticəsi kimi, Rusiyadan idxal artacaq. Bu isə, öz növbəsində istehsalın azalmasına gətirib çıxaracaq. İndi Ermənistan rəhbərliyi Rusiyanın təsiri altında olan bir iqtisadiyyata sahib olmağın nə demək olduğunu başa düşməlidir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info