ADTGT prezident seçkilərində müşahidə prossesinə dair hesabatını yayıb
Tarix: 12.04.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində ölkə ərazisi üzrə müşahidə aparmaq üçün Seçki Məcəlləsinə uyğun Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) milli qeyri-hökumət təşkilatı (QHT) olaraq Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmışdı. Bu haqda ADTGT sədri Asif Əsgərli məlumat verib.
Qısa müddətli təlim keçmiş, seçkilərə və müşahidə prossesinə dair qanunvericilik sənədləri ilə təmin olunmuş təşkilat fəalları seçki günü Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında müəyyən olunmuş məntəqələrdə müşahidə aparmış və əvvəldən axıradək səsvermə prossesini yaxından izləmişlər. Təşkilat üzvü olan müşahidəçilərin ölkə ərazisinin 31 seçki dairəsinin 96 seçki məntəqəsi üzrə hesabatları və toplanan materiallar geniş təhlil edilmiş, onların verdikləri rəy və şərhlər analiz edilərək, ADTGT-nin 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində müşahidə prossesinə dair hesabatı aşağıdakı nəticələrə gəlmişdir.
Seçicilər məntəqəyə daxil olduqda, ilk olaraq, onların səsvermədə olub-olmamaları seçki komissiyasının üzvlərindən biri tərəfindən aydınlaşdırılmışdır. Bunun üçün onların sol əllərinin baş barmaqları xüsusi lazer cihazla yoxlanılmış, heç bir iz olmadıqda seçici səsvermə otağına buraxılmışdır. Seçki Məcəlləsinə uyğun olaraq, seçici məntəqə seçki komissiyasının üzvlərinə yaxınlaşmış, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək seçki bülleteni almış, barmağı xüsusi mürəkkəblə işarələnmiş və səsvermə kabinəsinə daxil olmuşdur. Bu zaman seçicilərin sərbəst səsverməsinə hər hansı müdaxilə qeydə alınmamış, gizli səsvermənin pozulması halı müşahidə edilməmişdir. Seçki bülletenləri Məcəllənin tələblərinə uyğun olaraq seçicilərə verilmişdir. 
Səsvermə otağından kənar səsvermə ilə bağlı da hər hansı problem və ya qanun pozuntusu müşahidə edilməmişdir. Müşahidə apardığımız 4 məntəqədə MnSK üzvlərinin və müşahidəçilərin müşayəti ilə əvvəlcədən müəyyən edilmiş 6 yataq xəstəsi üçün daşınan seçki qutusundan istifadə edilərək, bu seçicilərin də vətəndaşlıq hüququndan istifadəsi təmin edilmişdir. Eyni zamanda müsbət hadisələrdən biri kimi gözdən əlillər üçün xüsusi əlifba ilə hazırlanmış seçki bülletenlərinin olmasını da qeyd etmək lazımdır.
Müşahidəçilərin məlumatlarına görə, seçki bülletenlərinin doldurulması və şəffaf qutulara salınması prosesi zamanı müşahidə aparılmış seçki məntəqələrinin əksəriyyətində hər hansı qanun pozuntusu müşahidə edilməmişdir. Seçicilər sərbəst şəkildə səs vermiş, onların iradəsinin əleyhinə olaraq, seçki komissiyalarının üzvləri, müşahidəçilər tərəfindən hər hansı müdaxilə halına rast gəlinməmişdir. Ayrı-ayrı namizədlərin müşahidəçiləri və məşvərətçi səs hüquqlu MnSK üzvləri üçün tam şərait yaradılmış, onların səsvermə prosesini izləməsinə heç bir maneçilik müşahidə edilməmişdir.
Müşahidə zamanı məntəqə seçki komissiyalarının yerləşdiyi ərazi  də müşahidə edilmiş və seçkilərin nəticələrinə təsir göstərə bilən pozuntular  qeydə alınmamışdır. Dövlət orqanları və ya seçki məntəqəsinin təhlükəsizliyinə cavabdeh olan hüquq-mühafizə orqanlarının əməkdaşları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, öz vəzifə salahiyyətlərini icra etmişlər.
Seçicilərin bizə verdiyi məlumata görə, hər kəs könüllü şəkildə səsverməyə gəlmiş, onlardan hökumət qurumları tərəfindən hər hansı namizədin xeyrinə səs vermək xahiş edilməmişdir.
Səsvermə yerli vaxtla saat 19:00-da bitmişdir. Seçki qutuları komissiya üzvləri, müşahidəçilər, namizədlərin vəkillərinin iştirakı ilə açılmışdır. Səslərin sayılması zamanı komissiya üzvləri, müşahdəçilər və jurnalistlərin seçki bülletenlərini tam görməsi üçün şərait yaradılmış, sayılan səslər elan edilmiş və qeyd edilmişdir.  Müşahidə aparmağı təmin edən şəraitdə və məsafədə seçicilərin səslərinin hesablanması, seçicilərin səsləri hesablanarkən seçki bülleteninin qoyulduğu zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə baxmaq üçün tam şərait yaradılmışdır.
Seçki komissiyalarının sənədləri, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollar qanunvericiliyə uyğun olaraq, səslər sayıldıqdan sonra doldurulmuş və komissiya üzvləri tərəfindən sərbəst şəkildə imzalanmışdır. Protokolların surətləri bütün namizədlərin nümayəndələrinə təqdim edilmişdir.
Seçkilərin müşahidə edilməsi üçün heç bir məhdudiyyət olmamışdır. Mövcud qaydalara görə, həm yerli müşahidəçilər, həm də beynəlxalq müşahidəçilər akkreditə olunmaqla bütün seçki prosesini əvvəldən axıradək maneəsiz şəkildə izləmişdir. Yerli və xarici kütləvi informasiya vasitələri də Seçki Məcəlləsinə uyğun olaraq, seçkiləri izləmək və müşahidə aparmaq üçün azad və sərbəst fəaliyyət göstərmişdir. İstər yerli, istərsə də xarici müşahidə missiyalarının fəaliyyəti tam təmin edilmişdir. Müşahidə proseslərinə heç bir müdaxilə halları qeydə alınmamışdır.
Yekun: Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) fəallarının apardığı müşahidəni, müşahidəçilərin hesabatlarını, toplanan materialları və nəticələri geniş rəy və təhlillərlə analiz edərək  hesab edir ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri tam açıq, demokratik, ədalətli və şəffaf şəraitdə, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə baş tutub.
ADTGT üzvlərinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 31 seçki dairəsi üzrə 96 seçki məntəqəsində apardığı müşahidəsinin nəticələrinə əsasən hesab edir ki, səsvermə prosesinə hazırlıq, səsvermə, müşahidə, səslərin sayılması və protokollaşdırılması şəffaflıq, azad ifadəetmə gözlənilməklə, qanun pozuntularına yol verilmədən həyata keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, ADTGT seçkilərin baş tutduğunu və nəticələrin ölkə seçicilərinin iradəsini dolğun əks etdirdiyini bəyan edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info