“Azərbaycan 11 apreldə həqiqi bir demokratiya bayramı yaşayıb”
Tarix: 13.04.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri mətbuatında dərc edilmiş silsilə məqalələrin davamı olaraq ölkənin nüfuzlu ərəbdilli “Əl-Fəcr” qəzetində “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilib. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına ümumxalq səsverməsi kimi baxırlar” sərlövhəli yeni məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan qəzetin baş redaktoru Şərif Bassel seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini, Azərbaycan xalqının 8 namizəd arasından ən layiqlisini seçdiyini, xalqın ölkənin gələcəyinə səs verdiyini bildirib. O, bir neçə seçki məntəqəsində monitorinq apardıqlarını diqqətə çatdıraraq, seçicilərin tam şəffaf şəraitdə səs verdiyini və müsahibə aldığı seçicilərin böyük əksəriyyətinin məhz hakim partiyanın namizədi İlham Əliyevə səs verdiyini bildirib, onların İlham Əliyevin ölkədə apardığı islahatlardan və yürütdüyü daxili və xarici siyasətdən razı qaldıqlarını vurğulayıb.
Müəllif yazır ki, İlham Əliyevə səs verən 70 yaşlı Heydər İsmayılov adlı seçici onun ölkədə sabitliyi qoruyub saxlayan, davamlı inkişafa aparan yeganə namizəd olduğunu bildirib. O, 25 il əvvəl sabitlik və təhlükəsizlik bilməyən Azərbaycanın hazırda tam təhlükəsizlik şəraitində yaşadığını, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etdiyini və regionun qabaqcıl ölkəsinə çevrildiyini, bütün bunların məhz İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdiyini vurğulayır.
Müsahibə aldığı digər seçicilərin də demək olar ki, hamısının İlham Əliyevə səs verdiyini bildirən müəllif Azərbaycanın 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşadığını oxucularının diqqətinə çatdırır, müşahidəçilər üçün yaradılmış əlverişli şəraitdən danışır və bir müşahidəçi kimi, sanki seçicilərin prezident seçkilərində deyil, İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlara qiymət kimi təşkil olunmuş ümumxalq səsverməsində iştirak etmələri qənaətinə gəldiyini bildirir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info