Gənc çağırışçılar hərbi xidmətə yola salınıb
Tarix: 13.04.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikası vətəndaşlarının 2018-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezidentin sərəncamının icrası ilə bağlı Neftçala rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə geniş tədbir keçirilib.

İlk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində çağırışçı gənclərin sənədləri yoxlanılıb. Daha sonra rayonun Aşağı Qaramanlı kəndində yerləşən məsciddə ehsan süfrəsi açılıb və burada çağırışçı gənclər, valideynləri, şəhid ailələri və dindarlar və qonaqlar iştirak edib. Şəhidlik məqamı haqda ruhanilər gənclərə məlumat verib, şəhidlərimizin ruhlarına dualar oxunub.

Aşağı Qaramanlı kənd qəbiristanlığında şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra Aprel döyüşlərində şəhadətə yetişən gizir Elimdar Səfərovun xatirəsinə tikilmiş Şəhidlər Parkında tədbir başlanıb. Tədbirdə ziyalılar, çağırışçı gənclər və valideynləri, şəhid ailələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsin əməkdaşları, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Şəhidlik məqamı haqqında danışılıb, milli-vətənpərvəlik ruhunda musiqilər səsləndirilib, məktəblilərin hazırladığı kompozisiyalar nümayiş olunub. Gənc çağırışçılar üç rəngli bayrağımızı öpüb, validenləri ilə sağollaşıb hərbi xidmətə yola salınıb. Gənclərimizin Allah pənahında olması üçün qurban kəsilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info