Azərbaycanda uşaq əməyinin istismarı halları minimuma enib
Tarix: 13.04.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Lənkəran şəhər 2 saylı tam orta məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilən tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və 9 saylı region (Lənkəran, Astara, Lerik) üzrə Dövlət Əmək Müfəttişliyinin, rayon Polis şöbəsinin, Lənkəran, Lerik və Astara rayon təhsil şöbələrinin, Lənkəran şəhər Peşə Liseyinin, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin, həmin rayonlardakı ayrı-ayrı işəgötürənlərin nümayəndələri, bir sıra məktəblərin yuxarı sinif şagirdləri, müəllimləri iştirak ediblər. Xidmətin sektor müdiri Emil Allahverdiyev uşaq əməyinə münasibətdə qanunvericilikdə əksini tapan prinsiplər barədə maarifləndirmənin aparılmasının önəmini qeyd edib, hazırkı tədbirin də bu məqsədə yönəldiyini vurğulayıb.
Seminar-müşavirədə ölkəmizin hələ 13 yanvar 2004-cü il tarixdən Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” 182 nömrəli konvensiyasına qoşulduğu, uşaq əməyinə münasibətdə Azərbaycanda mütərəqqi beynəlxalq normalara uyğun qanunvericiliyin mövcud olduğu qeyd edilib. Bildirilib ki, “Uşaq əməyi” termini adətən elə işlərə aid edilir ki, uşağın fiziki və mənəvi inkişafına mənfi təsir göstərir. BƏT-in məlumatına əsasən dünyada 246 milyondan çox 5 yaşından 14 yaşına qədər uşaq əmək fəaliyyəti ilə məşğuldur. Həmin uşaqlardan təxminən 180 milyonu təhlükəli şəraitdə çalışır və onların əməyindən qanunsuz istifadə edilir. Həmçinin 75 milyondan çoxu ibtidai təhsil almadan erkən yaşlarda əməyə cəlb edilmiş uşaqlardır. Azərbaycanda isə aparılan fəal dövlət siyasəti, aidiyyatı qurumların həyata keçirdikləri birgə tədbirlər uşaq əməyinin istismarı hallarının minimuma enməsinə imkan verib.
Tədbirdə uşaq əməyinin ən pis formaları, onların mənfi nəticələri, ümumən cəmiyyətə vurduğu ziyan barədə məlumat verilərək, eyni zamanda, ev işlərində, tətil zamanı ailə təsərrüfatlarında valideynlərə köməklik göstərilməsi və s. məqsədilə uşaqların gördüyü işlərin uşaq əməyi kimi səciyyələndirilmədiyi diqqətə çatdırılıb. Qanunvericilikdə uşaqların əmək hüquqları ilə bağlı müəyyən edilən prinsip və yanaşmalar, 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Masallı rayonunda Heydər Əliyev mərkəzində “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda təşkil olunan seminar-müşavirədə isə bu rayonda və ətraf rayonlarda (Yardımlı, Cəlilabad, Biləsuvar) fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib. Tədbir zamanı əmək normaları və onların tətbiqi, dəyişdirilməsi, onlara yenidən baxılması, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) müəyyən edilməsi qaydaları və s. barədə iştirakçıların məlumatlandırılması təmin edilib.
Hər iki tədbir zamanı müvafiq mövzularda məlumatları əhatə edən çap materialları da iştirakçılara paylanılıb
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info