Erməni lobbisinin planlarını puça çıxaran diplomat
Tarix: 13.04.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Elə insanlar var ki, onlar yaşaya-yaşaya tarixləşirlər. Gördüyü əməli işlərlə bunu qazanırlar. Azərbaycanın tanınmış diplomatlarından Həsən Zeynalov bu qəbildən olan insanlardandır. Bu günlərdə Həsən Zeynalovun həyat və fəaliyyətindən bəhs edən “Diplomatın tale yolu” kitabını oxumaq imkanım oldu. Öncə bildirim ki, kitabı həyəcansız oxumaq olmur. Kitab görkəmli xadimin portretini canlandırır və müstəqillik hərəkatını, 90-ci illərin əvvəllərində baş verən gərgin siyasi hadisələrə geniş nəzər salır. Həsən Zeynalov o proseslərin mərkəzində duran əsas fiqurlardan biri olub. Erməni lobbisinin planlarını puça çıxaran diplomat… Tale elə gətirib ki, başqa sahədə işləyən Həsən Zeynalov 80-ci illərin sonlarında başlayan Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulur. Milli hərəkatın fəalları ilə yaxın münasibəti yaransa da, o, Azərbaycanın gələcəyini dahi lider Heydər Əliyevin Azərbaycana qayıdışında görür. Bu istiqamətdə fəal təbliğata keçir. Düzdür, bu yolda çox təzyiqlərlə üzləşir, hətta iki dəfə həbs edilsə belə, yolundan dönmür. Sonradan Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri olandan sonra Həsən Zeynalovu Naxçıvanın Bakıdakı nümayəndəsi təyin edir. Nümayəndliyin işinin qurulmasında böyük fəallıq göstərir. Diplomatik korpuslarla əlaqələri genişlənir. Ermənilərin Naxçıvana olan iddialarına qarşı mübarizə aparır. Kitabda ən çox diqqətimi çəkən məqam Həsən müəllimin diplomatik xidmətidir. Həsən müəllim peşəkar diplomat olmasa da, xalqın içindən formalaşan diplomatdır. Əsas odur ki, mübarizlik və döyüşkənlik onun ruhundadır. Həsən müəllim Qarsda baş konsul vəzifəsini uğurla həyata keçirib. Qars və ətraf ərazilərin qəsəbələrini, kəndlərini gəzib və xalqın içində olub. Xüsusilə, ermən lobbisinin Azərbaycan əleyhinə apardığı təbliğatların fiaskoya uğradılmasında böyük rol oynayıb. Həsən müəllim ağıllı və üzaqgörənliklə sərhədlərin açılmasına xidmət edən qüvvələri işfa edib və onları planlarını puça çıxarıb. Həsən Zeynalov 2009-ci ildə başladılan “pendir diplomatiyası”, “futbol diplomatiyası”, “abidə diplomatiyası” adı altında sərhədlərin açılmasına hesablanmış düşmənin mərkli strategiyasının puç olunmasında mərkəz rolunu oynayıb. Həsən müəllim prinsipial diplomatdır. İstanbulda baş konsul işləyərəkən eyni enerji ilə çalışıb və bir sıra uğurlu işlərə imza atıb. Ona ölkə rəhbəri tərəfindən yüksək etimad göstərilərək Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info