Rövşən Rzayev: “ATƏT DTİHB-nin qərəzli seçki hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış hesabatdır”
Tarix: 13.04.2018 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış, Azərbaycanın bugünkü reallığını əks etdirməyən hesabatdır”. Bu fikri Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib. Rövşən Rzayev bildirib ki, bunun səbəbi Azərbaycana qarşı həyata keçirilən ikili standartlardır. Azərbaycan xalqı heç zaman bu cür ədalətsiz yanaşma ilə razılaşmayacaq.
İndiyədək müxtəlif ölkələrdə seçkiləri müşahidə etdiyini bildirən Milli Məclisin deputatı deyib: “Bir neçə il əvvəl AŞPA-nın müşahidə missiyasının tərkibində Ukraynada keçirilən seçkiləri izləyirdim. Biz 20 qrupa bölünmüşdük və hər qrupda 2 deputat var idi. Mən finlandiyalı nümayəndə ilə bütün gün ərzində məntəqələri gəzdim. Sonra biz AŞPA nümayəndəliyinin ovaxtkı rəhbərinə hesabat verdik. İyirmi qrupun hamısı seçkilərin müsbət keçdiyini bildirdi və yazılı şəkildə nümayəndəliyin rəhbərinə hesabat verdi. AŞPA nümayəndəliyinin rəhbəri razılığını bildirərək dedi ki, seçkilər baş tutub, hər şey qaydasındadır, heç bir problem yoxdur. Bununla da biz işimizi bitirdik. Ertəsi gün axşam isə Ukraynada mətbuat konfransı keçirildi. Orada ATƏT-in, Avropa Parlamentinin və AŞPA-nın nümayəndələri var idi. Hesabat vaxtı AŞPA nümayəndəliyinin rəhbəri birdən-birə dedi ki, Ukraynada keçirilən seçkilər ədalətdən uzaqdır və o, bizim gördüklərimizin tam əksini dedi. Bunu deməkdə məqsədim odur ki, bunların hazırladıqları hesabat tam ədalətsiz, ikili standartlara əsaslanan hesabatdır.
Azərbaycan xalqı öz seçimini etdi. Bu seçimə hörmətlə yanaşmaq lazımdır. Azərbaycan xalqı öz liderinə inanır, onun ətrafında hər zaman sıx birləşib. Azərbaycan xalqı müdrik xalqdır, heç zaman yol verməyəcək ki, ölkəmizdə qərəzli qüvvələrin istədiyi kimi, onlara lazım olan fəaliyyət həyata keçsin. Azərbaycan vətəndaşı öz doğma Vətəninə bağlıdır. Azərbaycan bugünkü sabitliyini heç zaman heç nəyə dəyişməz. Buna görə də bu qərəzli qüvvələrin ədalətsiz mövqeləri bizi narahat etmir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info