Ermənistanı yenidən etiraz dalğası bürüyüb
Tarix: 13.04.2018 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “Sarkisyanı rədd edək” cəbhəsi Yerevanda müddətsiz etiraz aksiyası keçirib. Əsas prospektləri bağlayan vətəndaş fəalları Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxıblar.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Respublika Partiyasının yerləşdiyi ərazidə Tiqran Mets küçəsini bağlayaraq hökumət əleyhinə kəskin şüarlar səsləndiriblər. Etirazçıları ərazidən uzaqlaşdırmağa çalışan polisin cəhdlərinə baxmayaraq, vətəndaş fəalları aksiyanı davam etdiriblər. Etirazçılar bildiriblər ki, 11 gün əvvəl “Çıxış” fraksiyası hökumət əleyhinə “Mənim addımım” yürüşünə başlayıb. Aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçıları qoşulublar. Onlar 195 kilometr uzunluğunda, 300 min addımlıq yolu qət edərək respublika meydanınadək gedəcəklər. Bu gün saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçkilər təyin olunacaq. Aksiya iştirakçıları ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün mərkəzi meydanda keçiriləcək mitinqə qoşulmağa çağırıblar. Artıq Yerevan Dövlət Universitetinin tələbələri bu gün keçiriləcək mitinqdə fəal olacaqlarını bəyan ediblər. Bununla bağlı çağırış vərəqələri yayan gənclər polisin təzyiqi ilə üzləşiblər.
“Yelk” partiyasından olan deputatlar isə özünəməxsus etiraz aksiyası keçiriblər. Çıxış üçün parlamentin tribunasına qalxan Ararat Mirzoyan ölkə əhalisini Serj Sarkisyanın baş nazir postuna irəli sürülməsi ilə əlaqədar partiyaları tərəfindən keçiriləcək etiraz aksiyasında iştiraka çağırıb. Sonra o, cibindən tüstü şaşkasını çıxaraq yandırıb. “Yelk” partiyasının digər deputatı Lena Nazaryan da ona qoşulub. Parlamentin binasını tüstü bürüyüb. Deputatlar etirazlarını “bizə Ermənistanı təcrid və məhv edən hökumət lazım deyil” şüari ilə bildiriblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info