ATƏT DTİHB missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığını ifşa etdi
Tarix: 13.04.2018 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı rəylərdən tamamilə fərqli fikirlər yer aldı.
Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov aprelin 13-də keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu səbəbdən müşahidə missiyasının ötən gün seçkilərlə bağlı verdiyi rəyə jurnalistlər etiraz etməkdə tam haqlı idilər.
Vüqar Əhmədov deyib: “Bu etirazdan sonra missiyanın məsələyə obyektiv qiymət verəcəyini gözləyirdim, amma bunun əksinə oldu. Məsələyə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım”.
Rusiyadakı seçki prosesində də iştirak etdiyini bildirən Vüqar Əhmədov qeyd edib ki, qurumun siyasi şöbəsinin verdiyi hesabat kənarda qaldı, onlar isə özləri ilə hazır gətirdikləri hesabatı yaydılar. Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də bildirməliyəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Leyla Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyib
26.08.2019
Azərbaycan Prezidenti İlham Əliyev Allahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edib
26.08.2019
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb
26.08.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info