ATƏT DTİHB müşahidə missiyasının köməkçisi: “ATƏT DTİHB-nin hesabatı əvvəldən hazırlanmışdı“ (Yenilənib)
Tarix: 13.04.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib. V. Əhmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv mövqe ortaya qoymaqda ittiham edib.
V. Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və Azərbaycana mənfi münasibət bəslədiyini söyləyib: "Stefan Kraus 2 aprel 2017-ci ildə Ermənistanda keçirilən seçkilərlə bağlı həmkarlarını təbrik edib. Sosial şəbəkədəki səhifələrində Heydər Əliyev və Heydər Əliyev Fonduna da mənfi münasibətini gizlətməyib. Hesabatlarında qeyd ediblər ki, ölkə rəsmiləri ilə görüş keçiriblər, ancaq ölkədə nə azad mətbuat, nə də azad, rəqabətli seçki mühiti var. Müşahidə missiyasının mətbuatla əlaqələrə məsul şəxsi də Azərbaycana mənfi münasibətini gizlətməyib. ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər".
V. Əhmədov prezident seçkiləri ilə bağlı hesabatın seçkidən əvvəl hazırlandığını, sadəcə, seçkidən sonra elan edildiyini bildirib: "Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə idi. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrində kütləvi, ciddi qanun pozuntuları yox idi. Xırda məqamlar qeydə alınıb, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Mən bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyasındakı şəxslər anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi".
ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V. Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında müəyyən müsbət məqamların yer alacağına ümid etdiyini vurğulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info