Gəncə və Şəkidə 550 min sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək layihə
Tarix: 13.04.2018 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Almaniya “KfW Bank”ının nümayəndə heyəti ilə görüş keçirilib.
 
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın “KfW Bank”ının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində də iştirakını yüksək qiymətləndirib. Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.
 
Almaniya “KfW Bank”ının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional inkişaf departamentinin rəisi Marion Kniş Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib. O, qeyd edib ki, içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması əhalinin sosial-məişət xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.
 
Görüşdə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər və gələcək planlar müzakirə edilib.
 
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.      
 
Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Hazırda şəhərin digər mənbəyində Şəmkirçay su anbarı yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihə çərçivəsində su mənbələrindən Gəncə şəhərinə magistral su xətləri çəkilib, anbarlar tikilib. Hazırda şəhərdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
 
Şəki şəhərini içməli su ilə təmin etmək üçün Kiş su mənbəyində sugötürücü qurğu tikilib, magistral xətlər və anbarlar inşa olunub. 135 km su, 132 km kanalizasiya şəbəkəsinin böyük hissəsi inşa edilib. Yeni tikilmiş şəbəkələrdən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Hər 2 şəhərdə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi keçirilir.  Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info