“Ermənistandakı əlillərin 15 min nəfəri aldıqları müavinətdən məhrum olacaqlar”
Tarix: 13.04.2018 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Ermənistan hakimiyyəti əlillərin pulunu kəsməyə məcbur olub


Xatırlayırsınızsa, bir müddət bundan əvvəl prezidentlik müddətini başa vurmaqda olan Serj Sərkisyan Ermənistanın uzunmüddətli strateji məqsədləri və onlara nail olmağın yolları barədə danışmışdı. Sərkisyan, bu istiqamətdə əldə olunacaq «uğurlar» barədə danışarkən, ölkədə hər bir vətəndaş üçün maddi artımın böyük əhəmiyyət kəsb edəcəyini də önə çəkmişdi. Lakin bu gün Ermənistanda yaşananları Sərkisyanın xalqa necə yalan satdığının bariz nümunəsi kimi dəyərləndirmək də olar.
Beləliklə, düşmən ölkədən verilən son məlumatlara görə, Ermənistanda əlillik meyarlarının sərtləşdirilməsi planlaşdırılır. Bu barədə ermənilərin «Past» nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, bu gün Ermənistanda 100 mindən çox insan sosial sığortaya görə pensiya alır ki, bunların da 70 min nəfəri ömürlükdür, qalanları isə illik tibbi müayinələr əsasında həyata keçirilir. Ermənistanın Əmək və Sosial İşlər Nazirliyindəki mənbələrdən sızan məlkmatlara görə, qurum hökumətə əlilliyə görə pensiyaların verildiyi meyarların dəyişdirilməsini nəzərdə tutan sənəd təqdim etməyi planlaşdırır. Nəşrin iddiasına görə, ölkədəki əlillərə şamil ediləcək bu sənəd «müqayisə olunmayacaq dərəcədə sərt» bir sənəd olacaq.
Qəzet nazirlikdəki mənbələrinə istinadən yazır ki, bu layihə qəbul ediləcəyi təqdirdə, ölkədəki əlillərin təxminən 15 min nəfəri əlilliyə görə aldıqları müavinətdən məhrum olacaqlar: «Belə görünür ki, bu sənədin qəbulundan sonra ölkədəki minlərlə xəstə əlillik dərəcəsinə görə, müavinət ala bilməyəcək. Təbii ki, bunun ölkədə ciddi narazılıqlara səbəb olacağı da istisnasız deyil. Bunun Ermənistanda sosial iğtişaşların başlanğıcı ola biləcəyi də ehtimal oluna bilər»-deyə yzan nəşr, bütün bunların ölkənin büdcə vəsaitlərinin qənaətlə istifadə olunmasına hesablandığını bildirir.
Maraqlıdır, Ermənistan rəhbərliy ölkədə cüzi müavinətə qane olaraq ağır şəraitdə yaşamağa məhkum olunanların haqqını əlindən almaqla ölkə büdcəsində hansı tərəqqiyə nail olmaq istəyir? Axı, ölkə büdcəsi xalqın halal haqqını əlindən almaqla formalaşmır. Xatırlayıram ki, bir müddət bundan əvvəl, elə hakimiyyəti təmsil edən erməni iqtisadçılarından biri son illərdə Ermənistanda fəaliyyət göstərən inkişaf modelinin tamamilə tükəndiyini və artıq ölkəni izləyə bilməyəcəyini etiraf etmişdi. Bu gün Ermənistanın Sovetlər Birliyinin tərkibində olduğu zaman öyündüyü dağ-mədən sənayesi sahəsi də bərbad gündədir. Bunu Ermənistandakı İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəzin eksperti, iqtisadçı Aşot Xurşudyan da etiraf etmək məcburiyyətində qalıb: «İşə yaramayan iqtisadiyyat sektoru mədən sənayesi hesabına mövcud olsa belə, fəaliyyətini davam etdirə bilər . Lakin unutmaq lazım deyil ki, işsizlik nisbəti 17 faiz iddia edilən iqtisadiyyat, artıq qeyri-sağlam iqtisadiyyatdır. Bu gün Ermənistanda nazirliklər var ki, götürdüyü 2 milyarddan artıq dolları məmnuniyyətlə xərcləyiblər. Lakin görünən budur ki, bunun heç bir nəticəsi görünmür. Bu gün iqtisadiyyatı gözə görünməyən Ermənistan pomidor istehsalındakı “uğuruna” görə qürur duyur. Belə görünür ki, əvvəllər bizi banan ölkəsi kimi tanıyanlar, bundan sonra tomat ölkəsi kimi tanıyacaqlar».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info