Gələn ilin sonunadək bütün məktəblər genişzolaqlı internetə qoşulacaq
Tarix: 04.06.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Dünya İqtisadi Forumunun beynəlxalq İT hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB-də və regionda liderliyini qoruyub saxlayıb. İnternetin əlçatanlığına, istifadə mümkünlüyünə görə isə Azərbaycan dünya ölkələri arasında 20-ci yerdə qərarlaşıb. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda yüksək sürətli - 1 Mbit/saniyə internetin qiyməti orta əməkhaqqının təxminən 2-3%-ni təşkil edir: “Bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı mövqedir”. Nazir bildirib ki, qarşıdakı 8-10 ildə ölkədə İKT sektorunun inkişafı əsasən üç istiqamətdə - infrastrukturun genişlənməsi, real İKT sektorunun inkişafı və İKT-nin digər sahələrə təsiri yönündə davam edəcək. İnfrastruktur sahəsində gələcək 10 ildə genişzolaqlı internetin daha da yayılması planlaşdırılır. Azərbaycan Genişzolaqlı İnternetin İnkişaf Strategiyasına görə qarşıdakı üç ildə «evlərə optika» modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulmasına Dövlət Neft Fondundan təxminən 500 mln. ABŞ dollarına yaxın vəsait ayrılacaq. Bu layihə nəticəsində 3 ildən sonra Azərbaycan kəndlərində internetin sürəti təxminən 30 Mbit/saniyəyə, şəhər yerlərində isə 100 Mbit/saniyəyə çatacaq: «Ümumiyyətlə, 2017-ci ilin sonuna əhalinin 85%-nin sürətli internetə çıxış imkanı olacaq. Bu isə inkişaf etmiş ölkələrin hədəfləri ilə uyğundur». Ə.Abbasov orta məktəblərin internetə qoşulma qrafikini də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanın bütün məktəblərinin genişzolaqlı internetə birləşdirilməsi prosesi başlayıb: «İndiyədək məktəblərin 40%-i internetə qoşulub. Gələn ilin sonunadək isə bütün məktəblərin genişzolaqlı internetə 100% qoşulması planımızdadır».
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info