Rusiya İran ərazisinə raketdaşıyıcı-bombardmançı təyyarələr yerləşdirdi
Tarix: 14.04.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Suriyanın bəzi hərbi təyyarələri isə mümkün bombardmandan qorunmaq üçün Rusiyanın Tartusdakı bazasına gətirilib

Kreml Əsədi qorumaq üçün “canlı qalxan” yaradıb

"Moskvanın əlində Suriyanın Duma şəhərindəki kimyəvi hücumun "tamaşa" olduğunu təsdiqləyən təkzibedilməz sübutlar var." "RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertlər missiyasının Suriyaya yollandığını xatırladaraq bildirib ki, missiya Dumaya gedəcək:
"Bizim ekspertlər orada yoxlama aparıb və kimyəvi silahın hər hansı bir növünün istifadəsi ilə bağlı bir sübut aşkar etməyiblər". Rusiyanın xarici işlər naziri deyib ki, ultimatum və təhdidlər Suriyada dialoqa kömək etmir: "Rusiya ümid edir ki, heç kim Suriyada Liviya ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz. Bu macəradan qaçmaq vacibdir. Ən kiçik bir yanlış Avropaya və bir çox ölkələrə yeni miqrant axınına səbəb olacaq ki, bu, nə bizə, nə də bizim Avropadakı qonşularımıza lazımdır". S. Lavrov qeyd edib ki, ABŞ-la əməkdaşlıq üçün bütün kanallar açıqdır. Suriyada ABŞ-a qarşı ciddi hazırlıq içində olan Rusiyanın hər ehtimala qarşı İran ərazisində də strateji silahlar yerləşdirməsi ilə bağlı məlumatlar var. Qeyd edilir ki, Moskva Suriya ərazisində olan bütün müasir silahlarının hazır vəziyyətə gətirib. “Nezavisimaya qazeta” yazır ki, Rusiya İrana müraciət edərək bu ölkə ərazisində raketdaşıyıcı-bombardmançı Tu-22M3 və Tu-95 supersəsli təyyarələr yerləşdirmək istədiyini bildirib. Həmin təyyarələrdə müxtəlif modifikasiyalı raketlər yerləşdirilib və onların vasitəsilə quruda və suda olan hədəfləri məhv etmək mümkündür. Suriyanın bəzi hərbi təyyarələri isə mümkün bombardmandan qorunmaq üçün Rusiyanın Tartusdakı bazasına gətirilib. Artıq bununla bağlı fotolar yayılıb. Bəzi məlumatlara görə, bu dəfə ABŞ-ın əsas məqsədlərindən biri Suriya prezidenti Əsədin fiziki məhvidir. Ona görə də Tehran və Moskva tərəfindən raket zərbələri ilə yanaşı, Əsədi də qorumaq üçün də tədbirlər görülür. Əsədin İrana aparılması ilə bağlı məlumatlar dolaşırdı. Amma sonradan bu xəbər təkzib olundu və Əsəd Dəməşqdə İran dini liderinin nümayəndəsi Vilayəti ilə birlikdə media qarşısına çıxdı. Moskvanın taktiki gedişindən biri də Dumanın deputatı Dmitri Sablinin başçılıq etdiyi böyük nümayəndə heyətini Suriyaya göndərməkdir. Nümayəndə heyətinə hərbi müşavirlərlə yanaşı, həkimlər də daxildir. Mümkün bombalanma zamanı rəsmi Rusiya nümayəndə heyətinin öldürülməsi riski böyük olduğu üçün Ağ Evin buna gedəcəyi inandırıcı deyil. Rusiya bununla Əsədi qorumaq üçün “canlı qalxan” yaradır.
Rusiyanın ABŞ-a cavab tədbirləri bununla kifayətlənmir. Belə ki, Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub. Sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb. Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib. İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir. Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info