Gürcüstanda azərbaycanlı gənclərin yeni birliyi yaradılıb
Tarix: 14.04.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Gürcüstanda “Gənc azərbaycanlı liderlər Gürcüstan naminə” birliyi təsis olunub. APA-nın məlumatına əsasən, təşkilatın yaradılmasında əsas məqsəd Gürcüstan vətəndaşları olan azərbaycanlı gənclərin cəmiyyətin bütün sahələrində iştirakının fəallığının və onların dövlət orqanlarında təmsilçiliyinin artırılmasına dəstək verməkdir. Birliyin Gürcüstan Texniki Universitetində baş tutmuş təqdimat mərasimində çıxış edən Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze milli azlıqları təmsil edən gənclərin dövlət quruculuğunda fəal iştirakının vacib olduğunu deyib: “Belə bir birliyin yaradılması ideyası azərbaycanlı gənclər tərəfindən irəli sürüldü. Gürcüstanın azərbaycanlı gəncləri özlərini dövlətin tamhüquqlu vətəndaşları hesab edirlər və onlar ölkədə bütün sahələrdə fəal olmaq istəyirlər. Yeni birlik azərbaycanlı gənclərin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə dəstək verəcək və bir sıra proqramlar həyata keçirəcək”. Tədbirdə çıxış edən azərbaycanlı gənclər Daur İsmayılov, Tural Ramazanov və digər tələbələr Gürcüstanda milli azlıqları təmsil edən gənclərin təhsil və inteqrasiya sahəsində mövcud problemlərindən bəhs ediblər. Birlikdə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr təmsil olunacaq. Təşkilat üzvləri ilə dövlət rəsmiləri arasında görüşlər, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlmiş müxtəlif formatlarda tədbir və müzakirələrin keçirilməsi nəzərdə tutulub. Təqdimat mərasimində Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, ekspertlər və rəsmi şəxslər iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info