“ATƏT DTİHB müşahidə missiyasının hesabatı seçkidən əvvəl hazırlanmışdı” (Yenilınib)
Tarix: 14.04.2018 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Müşahidə missiyasının siyasi məsələlər üzrə eksperti Vüqar Əhmədov: “Müşahidə missiyası antiazərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi"

“Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Təsadüfi deyil ki, missiyanın bəzi üzvləri də bu sənədə etiraz etdilər. Lakin onlar missiyadan kənarlaşdırıldılar və geri dönməyə məcbur oldular”

“Missiya üzvü Eqol Tilpunov dedi ki, Stefan Kraus artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır? O bildirdi ki, Kraus əvvəllər də Azərbaycanda olub və hər şeyi bilir. Bütün bunlar ondan xəbər verir ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”

“Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı qeydlərdən tamamilə fərqli fikirlər yer aldı. Seçkilərə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım”. Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

“Aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı. Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi”

Vüqar Əhmədov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı: “Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi. Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəldi və yaxud da mərkəz özü missiyaya əvvəlcədən hazırlanmış hesabat göndərdi. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi. Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabata jurnalistlər etiraz etməkdə tam haqlı idilər”.

“Missiya rəhbərinin müavini Stefan Kraus Azərbaycana mənfi münasibət bəsləyir”


V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və onun Azərbaycana mənfi münasibət bəslədiyini bildirib: "Stefan Kraus 2017-ci il aprelin 2-də Ermənistanda keçirilən seçkilərlə bağlı təbrik ünvanlayıb, özünün sosial şəbəkədəki səhifələrində Heydər Əliyevə, Heydər Əliyev Fonduna mənfi münasibətini gizlətməyib. Bu, onun Azərbaycana münasibətinin göstəricisidir və təbii ki, belə bir şəxsin keçirilmiş prezident seçkiləri ilə bağlı obyektiv hesabat hazırlayacağını gözləmək sadəcə sadəlövhlük olardı”.
V.Əhmədov bildirib ki, Stefan Kraus ilə ünsiyyətdə olub və onun Azərbaycana mənfi münasibətini şəxsən müşahidə edib: “Missiyanın digər üzvü Eqol Tilpunov ilə də danışdım, o isə dedi ki, pozuntuların olacağı əvvəlcədən məlum idi. Ondan soruşdum ki, bunu haradan bilirsiniz? Dedi ki, "məndə əvvəlcədən məlumat var və bizdə hesabat artıq hazırdır". Sonra da əlavə etdi ki, Stefan Kraus artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır? O bildirdi ki, Kraus əvvəllər də Azərbaycanda olub və hər şeyi bilir. Bütün bunlar ondan xəbər verir ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”.

“ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər”

V.Əhmədovun sözlərinə görə, müşahidə missiyasının mətbuatla əlaqələrə məsul əməkdaşı da Azərbaycana mənfi münasibətini açıq ifadə edirdi: “Bütün bunlar onu deməyə əsas verir ki, ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər. Tam əminliklə deyə bilərəm ki, təqdim edilən hesabat seçkilərdən əvvəl hazırlanmışdı, sadəcə, seçkilərdən sonra elan edildi. Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB-nin müşahidə missiyası ilə sıx əlaqədə idilər. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Biz seçki məntəqələrində ciddi qanun pozuntuları ilə rastlaşmadıq. Xırda məqamlar qeydə alındı ki, bu da seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyildi. Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Təsadüfi deyil ki, missiyanın bəzi üzvləri də bu sənədə etiraz etdilər. Lakin onlar missiyadan kənarlaşdırıldılar və geri dönməyə məcbur oldular. Mən bunların heç biri ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyası antiazərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi". Rusiyadakı seçki prosesində də iştirak etdiyini bildirən Vüqar Əhmədov deyib ki, orada da qurumun siyasi məsələlər üzrə şöbəsinin verdiyi hesabat kənarda qaldı, hazır gətirilən hesabat yayıldı: “Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də tam əminliklə deyirəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı”. ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsassız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info