“Seçkilər göstərdi ki, İlham Əliyev xalqın könlündə taxt quran bir liderdir”
Tarix: 14.04.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının icraçı direktoru və Iğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Azərbaycanda keçirilən prezident seçkilərində 86 faizdən çox səs toplayaraq xalqın etibarını bir daha yenidən qazanan Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib.
S.Ünsal mesajında bildirir: “Keçirilən seçkilər göstərdi ki, Prezident İlham Əliyev xalqın könlündə taxt quran bir liderdir. Hakimiyyətə gəldiyi gündən bəri Azərbaycan üçün gördüyü işlər xalq tərəfindən rəğbətlə qarşılanıb və bir daha yüksək səs çoxluğu ilə seçkini qazanıb. Hər gün daha da inkişaf edən, böyüyən, güclənən Azərbaycan bu gün olduğu kimi, gələcəkdə də bölgənin ən güclü dövlətləri arasında yerini qətiyyətli bir şəkildə qoruyaraq, inkişafa davam edəcək. Türk dünyasının ən güclü dövləti olacaq. Türkiyədə yaşayan Azərbaycan türkləri olaraq, Azərbaycanı hər zaman güclü görmək bizi çox şad edir. Bu sevincimiz Prezident İlham Əliyevin yenidən seçkidə qalib gələrək hakimiyyətə gəlməsi ilə artıb”.
Seçkilərin Azərbaycan xalqı, türk dünyası üçün xeyir gətirəcəyinə inandığını deyən S.Ünsal qeyd edib ki, Prezident İlham Əliyevlə qarşıdakı dövrdə Azərbaycan dövlətinin daha güclü, xalqın daha xoşbəxt, işğal edilən torpaqların azad edildiyi günlər olacağına inanır. Prezident İlham Əliyevin Azərbaycan üçün böyük bir şans olduğu, İlham Əliyevin sayəsində Azərbaycanın müasir mədəniyyətlər səviyyəsinə yüksəlməkdə davam edəcəyi bildirilir. S.Ünsal Azərbaycanın Qafqazda parlayan bir ulduz olduğunu, qarşıdakı dövrdə də, daha güclü hala gələcəyini, İlham Əliyevin ölkə rəhbərliyinə yenidən seçilməsinin istər Azərbaycan, istərsə də türk dünyası üçün yeni uğurlar gətirəcəyini qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info