“Beşiktaş” Türkiyə liderliyi yenidən ələ keçirib
Tarix: 14.04.2018 | Saat: 04:59:00 | E-mail | Çapa göndər


Aprelin 13-də futbol üzrə Türkiyə Super Liqasının XXIX turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Beşiktaş” komandası səfərdə “Akhisar” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, son çempion “Beşiktaş” rəqibini böyük hesabla məğlub edib - 3:0. Oyunun 3-cü və 48-ci dəqiqələrində Rayan Babel dubla imza atıb. Görüşün 20-ci dəqiqəsində isə komandanın ispaniyalı hücumçusu Alvaro Neqredo fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran “Beşiktaş” çempionatda “Qalatasaray” və “Başakşehir”i qabaqlayaraq lider olub.
Tur çərçivəsində aprelin 14-də “Kasimpaşa”- “Karabükspor”, “Yeni Malatyaspor” – “Alanyaspor” və “Sivasspor”-“Fənərbağça” matçları keçiriləcək. XXIX turun ən maraqlı qarşılaşması isə aprelin 15-də çempionluğa əsas namizədlər olan “Qalatasaray” və “Başakşəhər” klubları arasında oynanılacaq.
Hazırda hesabında 59 xal olan “Beşiktaş” çempionatın vahid lideridir. Eyni xala malik olan “Başakşehir” ikinci yerdə qərarlaşıb. “Qalatasaray” 57 xalla üçüncü, “Fənərbağça” 54 xalla dördüncü, “Trabzonspor” isə 45 xalla beşinci pilləni tutur.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info