Ermənistanda səhiyyə və təhsildə də qiymətlər artıb
Tarix: 14.04.2018 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


“Bu gün Ermənistanın, demək olar ki, bütün sahələrində qiymət artımı müşahidə edilməkdədir. Artım tibb sahəsindəki xidmət və dərmanların satışında da nəzərə çarpmaqdadır. Artıq qiymət artımı ölkədəki təhsil sisteminə də sirayət edib”.
Bu fikirləri Ermənistanın “1in” saytı yayıb.
Saytın yazdığına görə, bu ilin mart ayından başlayaraq ölkədə istehlak səbətinin əsas məhsulu- ərzaq məhsulları 4,7 faiz artıb. Ermənistanın Milli Statistika Xidməti bu ilin əvvəlindən bəri ölkədəki inflyasiya səviyyəsini 3-4 faiz dəyərləndirməklə ölkədə sosial və iqtisadi sarsıntı içində yaşayan vətəndaşları üçün qorxunc bir şeyin olmadığıni bildirsə də, əslində reallıqlar başqa şeylər deyir. Bunu sadə xalq da dərk etməyə başlayıb. Onlar da fərdi, gündəlik istifadə məhsullarının qiymətlərindəki artımı gördükcə qorxulu yaşantı kecirdiklərini etiraf etməyə başlayıblar.
Məsələn, ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında ölkədə satılan mal ətinin qiyməti 24,7 faiz artıb. Məsələ bundaddır ki, bu sahəyə məsul olanlar da bunu qiymət artımındakı son hədd kimi dəyərləndirmirlər. Belə ki, ərzaq məhsullarındakı qiymət artımı ötən ilin mart ayının eyni dövrü ilə müqayisədə bu il donuz ətində 33,7, un məmulatlarında 0,8, süd məhsulları və yumurtada isə 5.3 faiz müşahidə edilib. Bu dövrdə Ermənistanda satılan kərə yağında 35,6, zeytun yağında - 9,6, meyvələrdə isə - 6,4 faiz artım olub. Təbii ki, bu siyahını davam etdirsək, bura ölkədə satılan geyim mallarınındakı artımı da (6,2 faiz) daxil etmək məcburiyyətində qalırıq.
Ermənistandakı bahalıq bu ilin əvvəlindən bəri ölkənin bütün sahələrində, hətta səhiyyə və təhsidə də baş qaldırmağa başlayıb.
Maraqlıdır, Ermənistanın Milli Statistika Xidməti tərəfindən verilən rəsmi rəydə sağlamlıq və gündəlik istifadə üçün zəruri olan mal və xidmətlərdə olan qiymət artımı etiraf edilir. Bu arada ölkənin Səhiyyə Nazirliyi erməni əhalisinin qida səbətini 32 min 439 dram olmasını qanunauygun sayırsa, minimum əməkhaqqı 55 min dram olan sadə erməni nə etməlidir?
Erməni rəsmiləri yaxın gələcəkdə ölkədə minimum əmək haqqı və ya pensiyanın arta biləcəyini ehtimal belə etmirlər. Əksinə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan onlara da pay düşəcəyindən ehtiyatlanırlar. Təbii ki, onların narahatlıqları əsassız deyil.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info