Region gənclərinin seçimi
Tarix: 04.06.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirildi. Eyni vaxtda Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilən region panelləri videobağlantı vasitəsilə izlənildi, online əlaqə yaradıldı.
Naxçıvan Dövlət Universitetində keçirilən Naxçıvan panelini açan ATGTİ-nin sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev gündəliyə daxil olan məsələlər barədə məlumat verdi. Arzu Abdullayev Naxçıvan TGT-lərinin fəaliyyəti barədə hesabatında muxtar respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, regiondakı ali və orta ixtisas təhsili müəssisələri tələbə gənclər təşkilatlarının fəaliyyətindən danışdı. Sonra TGT-lərin üzvlüyə qəbul olunması panellərdə səsə qoyuldu. Naxçıvan Özəl Universiteti, Naxçıvan Dövlət Texniki Kolleci, Naxçıvan tibb və musiqi kollecləri də daxil olmaqla ATGTİ-yə 26 yeni üzv qəbul edildi, ATGTİ-nın üzvü olan ali və orta ixtisas təhsil müəsisəsinin tələbə gənclər təşkilatının sayı 110-a çatdı. Naxçıvan panelində “Dövlət gənclər siyasətinin reallaşmasında region tələbə gənclərinin və Tələbə Gənclər Təşkilatlarının payı” adı altında keçirilən konfransda Naxçıvan Dövlət Universitetinin TGT-nin fəal üzvü Aytən İsmayılovanın, Naxçıvan Müəllimlər İnstitutunun TGT-nin sədri Qəmər Rəhimovanın və Naxçıvan Özəl Universitetinin TGT-nin sədri Nəsib Mustafayevin məruzələri dinlənildi. ATGTİ sədri Şahin İsmayılovun konfrans iştirakçılarına Naxçıvan, Lənkəran, Gəncə paneli TGT-lərinin təklifinə əsasən 2013-cü il prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklifi alqışlarla qarşılandı, bununla əlaqədar bəyanat qəbul edildi. Naxçıvan panelinin bağlanış nitqində Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Piri Nağıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin milli ideologiyanın əsası kimi yürütdüyü dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin milli dövlətçilik, vətənpərvərlik ruhunda yetişib formalaşması istiqamətində görülən işlərdən danışdılar. Konfrans videoçarxın təqdimatı ilə başa çatdı.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info