Əməkdar rəssam fəxri ada layiq görülüb
Tarix: 04.06.2013 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Tələbə Sosial Xidmət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi Ülviyyə Həmzəyevanın fərdi sərgisi və UNESCO-nun “Novaya era” Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülməsi ilə əlaqədar mərasim keçirildi.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev, Azərbaycan Respublikasının Xalq rəssamı, Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət kafedrasının müdiri Hüseynqulu Əliyev çıxışlarında, Dünya Rəssamlıq Akademiyasının prezidenti, Çuvaşiyanın (Rusiya Federasiyası) Əməkdar rəssamı Anatoli Silovu Naxçıvan Dövlət Universitetində salamlayaraq bu hadisənin xalqlarımızın mədəniyyət sahəsində yaxınlaşması üçün daha bir addım olduğunu qeyd etdilər.
“Naxçıvan şəhəri mənim çox xoşuma gəldi, buranın insanları çox mehribandır. Ülviyyə Həmzəyevanın isə Azərbaycan və dünya rəssamlığına böyük töhfələr qazandıracağına inanıram”-deyən Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov Naxçıvana ilk dəfə səfər etdiyini bildirdi və Naxçıvan Dövlət Universiteti ilə bağlı yüksək təəssüratlarını mərasim iştirakçıları ilə bölüşdü.
Fəxri üzvlük vəsiqəsinin təntənəli təqdimat mərasimindən sonra çıxış edən UNESCO-nun “Novaya era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Həmzəyeva Azərbaycanda sənətə və sənətkara böyük diqqət göstərildiyi üçün Prezident İlham Əliyevə, bu missiyanı Naxçıvan Muxtar Respublikasında layiqincə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova öz təşəkkürünü bildirdi. Ülviyyə Həmzəyeva bu adı doğruldaraq, akademiya ilə sıx əlaqələr yaradacağını, Azərbaycanı layiqli təmsil edəcəyini vurğuladı.
Məlumat üçün qeyd edək ki, akademiyanın hazırda müxtəlif ölkələrdən 24-dən artıq üzvü var. UNESCO-nun himayəsi altında yaradılmış bu mötəbər beynəlxalq humanitar rəssamlıq birliyində Azərbaycan öz fəxri nümayəndəsi olan ölkələrdən biridir.
Yüksək səviyyədə təşkil olunmuş təqdimat mərasimindən sonra fərdi sərgiyə baxış keçirildi. Sərgidə “Avesta”, “Xarı bülbül”, “İçimdəki qaranlığın göy gözləri”, “Təlxək”, “Şahmar” kimi əsərlər nümayiş etdirilirdi.
Mina QASIMOVA
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info