“Gənclər və Dağlıq Qarabağ mövzusu” layihəsinin təqdimatı keçirilib
Tarix: 04.06.2013 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Humanitar Tədqiqatlar Cəmiyyəti Sumqayıt şəhərində “Gənclər və Dağlıq Qarabağ mövzusu” adlı layihənin təqdimatını keçirib. Təqdimat mərasimində işğal altında olan rayonların gəncləri də iştirak ediblər. Tədbirdə Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov məcburi köçkün gəncləri maraqlandıran sualları cavablandırıb. O, eyni zamanda Azərbaycandan kənarda keçirilən tədbirlər zamanı Dağlıq Qarabağdan olan ekspertlərin və gənc iştirakçıların axtarılıb tapılması müəyyən problemlər yaratdığından Prezident yanında QHT Dövlət Dəstəyi Şurasına müraciət etdiklərini etdiklərini qeyd edib. Cəmiyyət Prezident yanında QHT Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaiti ilə gənclərlə görüşlər keçirməyi, gənclərin millət vəkilləri, Dağlıq Qarabağ Azərbaycanlı İcmasının nümayəndələri, politoloqlar və QHT nümayəndələri ilə görüşlərini təşkil etməyi planlaşdırır.
Cəmiyyət sədri çıxışı zamanı layihənin əsas məqsədinin gənclər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması, əslən Dağlıq Qarabağdan və işğal olunmuş ərazilərdən olan gənclərin DQ münaqişəsi ilə məşğul olan ekspertlərlə görüşünün təşkil olunması, dəyirmi masa və internet televiziyanın imkanlarından istifadə edərək debatların keçirilməsi olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşan layihə 2013-cü ilin aprel ayından həyata keçirilir. Qarşıdakı 5 ay müddətində Bakı, Sumqayıt, Gəncə, Bərdə və Ağcabədi rayonlarında məskunlaşan işğal olunmuş rayonlardan və əslən Dağlıq Qarabağdan olan gənclərlə də görüşlər keçiriləcək və DQ münaqişəsinin beynəlxalq səviyyəli tədbirlərdə təmsil olunması üçün imkanları araşdırılacaqdır.
Xatırladaq ki, “Gənclər və Dağlıq Qarabağ mövzusu” layihəsinin ilk təqdimatı Bakı Mətbuat Mərkəzində olub.
Söhrab İSMAYIL





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info