“Azərbaycan bayrağını ucaltmaq üçün daim qalib gəlməyə çalışacağam”
Tarix: 16.04.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


İnanılmaz hisslərdir. Belə hissləri həyatımda ilk dəfədir keçirirəm. Azərbaycan gimnastikası tarixində tamblinq üzrə ilk qızıl medalı mən qazandım. Bu, mənim üçün çox əhəmiyyətli idi. Üzərimə düşən bütün məsuliyyəti başa düşürəm. Azərbaycan bayrağını ucaltmaq üçün daim qalib gəlməyə çalışacağam. Arzu edirəm ki, himnimiz daim səslənsin.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan gimnastı, Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının qızıl medalçısı Mixail Malkin söyləyib.
Gimnast deyib: “Əlbəttə, doğma məkan, dostlarım mənə güc verdi. Amma doğma divarlar arasında çıxış etmək daha çətin və məsuliyyətlidir. Azarkeşləri xüsusi vurğulamaq istəyirəm. Çox dəstək oldular. Çempionatda idmançılar arasında sağlam mübarizə və dostluq ab-havası hökm sürürdü. Axı uzun illərdir bir-birimizi tanıyırıq. Üstəlik, turnirin maskotu – məzəli personaj Qur-qur da hamımızı əyləndirdi”.
Mixail Malkin qeyd edib ki, qələbəsini nənəsinə həsr edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info