“Rusiya və Avropa Birliyi bir-birinə tam etibar etmir”
Tarix: 04.06.2013 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Avropa Birliyi bir-birinə tam ölçüdə etibar etmir. Bu barədə “Rosbalt.ru” yazır.
“Rusiya və Avropa Birliyi Kipr borc problemi ilə əlaqədar olaraq qarşılıqlı münasibətlərində etibarlılığın və şəffaflığın artırılması yolunda əlavə işlər görməlidir”. Belə bir fikirlə V.Putin Rusiya-AB sammitinin plenar iclasının gedişatında çıxış edib: “Kipr borc problemi münasibətlərimizdəki etibarlılıq və şəffaflığın artırılması yolunda əlavə konsultasiyalar keçirməyin lüzumluluğunu göstərdi”.
Putinin sözlərinə görə, bu ərəfələrdə Rusiya və AB iqtisadiyyatındakı vəziyyət barədə qiymətləndirmələr keçirib. “Bizim üçün Avrozonada vəziyyətin normallaşması üçün lazımi tədbirlər barədə birinci əldən informasiya almaq daha vacib idi”-deyə prezident bildirib.
O əlavə edib ki, qarşılıqlı səmərəli əlaqələrin daha da irəliləməsi üçün Rusiya və AB-nin yaxşı bazası var. “Biz bir-birimizi eşitməli, bir-birimizin maraqlarını nəzərə almalı və bir-birimizlə işləməliyik”-deyə V.Putin qeyd edib.
Xatırladaq ki, Rusiya-Avropa Birliyinin 31-ci sammitinin plenar iclası bu gün səhər Yekaterinburqda başlayıb.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info