Mətbuat Şurası Prezidentə təbrik məktubu ünvanlayıb
Tarix: 16.04.2018 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Xalqımız bu prosesdə nəinki dövlət başçısını seçdi, eyni zamanda Vətənimizin daha da qüdrətlənməsinə aparan yolun davamına səs verdi. Azərbaycan jurnalistlərinin Prezident seçkilərinin nəticələrinə verdiyi qiymət məhz bundan ibarətdir:
“Möhtərəm cənab Prezident, Sizin Azərbaycana rəhbərliyiniz vətəndaş rifahının, ictimai asayişin və sabitliyin qorunması ilə yanaşı, ölkədə söz azadlığının dərinləşməsinə, plüralist fikrin sərbəst ifadə edilməsinə yönələn demokratik dəst-xəttin inkişafı baxımından mühüm şərtdir. Həyata keçirdiyiniz media siyasəti də buna söykənməklə kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının gücləndirilməsini, jurnalistlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını, ümumən jurnalistikanın dövlət idarəçiliyindəki funksiya və vəzifələrinin dolğun şəkildə vurğulanmasını nəzərdə tutur. Media təmsilçilərimiz bunu daim yüksək qiymətləndirir, Sizin onlara dost münasibətinizə böyük dəyər verirlər” kimi fikirlərin yer aldığı təbrik məktubunda həmçinin bildirilib ki, jurnalistlərin Prezidentlə dostluğu həm də bənzərsiz tərəfdaşlıq örnəyi, dövlətimiz və xalqımız naminə səmərəli işbirliyinin təkrarsız nümunəsidir: “11 aprel qələbəniz bu nümunənin cəmiyyətimizə gələcək faydaları üçün müstəsna təminatdır. Möhtərəm cənab Prezident, Prezident seçkilərində qalib olmağınız münasibəti ilə Sizi təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info