“Qarabağ” Kikboksinq Klubu daha bir zalını istifadəyə verir
Tarix: 16.04.2018 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Kikboksinq Federasiyasının “Qarabağ” Kikboksinq Klubu daha bir zalını istifadəyə verir. Bu barədə məlumatı klubun prezidenti Emin Seyidov verib. “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxışlarında daha çox idman zallarının açılmasını tövsiyə edir. Bunun nəticəsidir ki, kikboksinq ölkədə kütləvi idman növünə çevrilib. Cənab prezident İlham Əliyev ölkədə idmanın inkişafı üçün hər cür imkan və şərait yaradıb”.
Klub rəhbəri zalların sayından və qarşıdakı planlarından danışıb. “Bu günə qədər “Qarabağ” Kikboksinq Klubunun üç idman zalı fəaliyyət göstərirdi. Bu günlərdə də klubun daha bir zalı istifadəyə veriləcək. Müharibə vəziyyətində yaşayan dövlətik. Qarabağ bizim üçün müqəddəs addır. Bu gün sülh danışıqları gedir və sabah torpaqlarımız sülh yolu ilə azad olunmasa, müharibə ilə işğalçıları torpaqlarımızdan çıxaracağıq. Bizə sağlam və vətənpərvər gənclər lazımdır. Təkcə, cəbhədə yox, digər sahələrdə də irəlidə olmalıyıq. Sabah zallarda yetişən idmançılarımız ölkəmizi dünya idman yarışlarında da təmsil edəcəklər. Zalların açılmasında klubun baş məşqçisi Xəyyam Abışovun zəhmətini xüsusi qeyd edirəm. Böyük əziyyətlə çalışır”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Ronaldo “Atletiko“ya sataşıb: “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam”
21.02.2019
UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info