Misir parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb
Tarix: 17.04.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev bu ölkənin parlamentinin baş katibi Əhməd Səid Əd-Din ilə görüşüb. Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr, o cümlədən parlamentlərarası münasibətlər müzakirə olunub. Cari ilin fevralında 11 illik fasilədən sonra Misirdə yüksək səviyyədə keçirilən hökumətlərarası müştərək komissiyanın iclası, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Qahirə şəhərinə səfəri və prezident Əbdül Fəttah Əs-Sisi, Baş nazir Şərif İsmayıl ilə məzmunlu və səmərəli görüşləri yüksək qiymətləndirilib. Baş katib Əhməd Səid Əd-Din Misir parlamentinin sədri Əli Abdel Aal tərəfindən imzalanmış parlamentin Misir-Azərbaycan dostluq qrupunun yaradılması haqqında qərarını səfir Tural Rzayevə təqdim edib. Dostluq qrupunun sədri Muhaməd Həsən Əl-Əbd seçilib. Komissiyanin tərkibi 10 deputatdan ibarətdir. Komissiya üzvləri arasında ölkə başçısının din məsələlər üzrə müşaviri, keçmiş mədəniyyət naziri, parlamentdə ilk xristian-kopt qadın deputat, ölkənin tanınmış siyasi-ictimai xadimləri yer alıblar. Qeyd etmək lazımdır ki, Misir parlamentində dostluq qrupu post-sovet məkanında ilk dəfə Azərbaycan ilə yaradılır və ümumiyyətlə, Misir parlamentində yalnız 15-ə yaxın ölkə ilə dostluq qrupu fəaliyyət göstərir. Görüşdə səfir Tural Rzayevə Misir parlamentinin xüsusi diplomu təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info