İstiqraz sahiblərinin qazancı 7,5 milyon dollara çatdı
Tarix: 17.04.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Bu gün SOCAR İstiqrazları üzrə növbəti faizlər ödənilib. «SOCAR Capital» şirkətindən verilən məlumata əsasən, aprelin 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, istiqrazlar üzrə 6-cı faiz ödənişidir, bununla da SOCAR İstiqrazları sahiblərinin qazancı 7,5 milyon dollara çatıb.

«SOCAR Capital»dan bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına bir həftə əvvəlcədən köçürülüb: «Faiz ödənişi üçün tələb olunan 1,25 milyon dollar vəsait aprelin 10-da MDM-in hesabına ödənilib. Artıq bu gündən həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq».

Şirkətdən qeyd edilib ki, SOCAR İstiqrazlarının buraxılmasından ötən 1,5 il ərzində istiqrazlara xidmət və faiz ödənişləri intizamla yerinə yetirilib: «İstiqrazların buraxılışı zamanı elan edildiyi kimi, SOCAR digər qiymətli kağızlarda olduğu kimi, daxili istiqrazlar üzrə də öhdəliklərinə ciddi surətdə əməl edir. Nəticədə SOCAR İstiqrazları ölkədə ən etibarlı və likvid maliyyə alətinə çevrilib».

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün buraxdığı istiqrazların nominal qiyməti 1000 ABŞ dolları, illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

SOCAR bu istiqrazlara nominal qiymətdən alış zəmanəti də verib, nəticədə istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və istiqraz sahibləri onları dərhal nağd pula çevirə bilirlər.

Gəlirliyin və likvidliyin yüksək olmasına görə, SOCAR İstiqrazları bazarda ən sərfəli yatırım aləti sayılır. Əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Nəticədə təkcə 2018-ci ildə SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 19 milyon dolları keçib. İstiqrazın alıcıları arasında təkcə Azərbaycan deyil, xarici ölkələrin vətəndaşları da var.

2021-ci ilədək qüvvədə olan SOCAR İstiqrazları bü müddətin sonunadək öz sahiblərinə 25 milyon ABŞ dolları həcmində gəlir gətirəcək.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info