“Armeniareport”: “Erməni xalqı artıq zülmdən və yalanlardan bezib”
Tarix: 17.04.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Ermənistan xalqı Sarkisyan klanına qarşı apardığı mübarizədə müxalifətdən istənilən dəstəyi görmür. Xalq Sarkisyana qarşı mübarizəni heç bir dəstək olmadan aparır.
Bu fikirlər Ermənistanın “Armeniareport” saytında yayılan məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, 2008-2011-ci illərdə erməni müxalifətinin passivliyi iqtidara qarşı mübarizəni yarımçıq qoydu. Hazırda davam edən etirazları xalqın mübarizəsi kimi qələmə verən müəllif erməni ictimaiyyətinin çəkinəcəyi heç bir gücün olmadığını vurğulayır. Bildirilir ki, Sarkisyan kimi Ermənistan müxalifətinin də qorxduğu və hesablaşdığı xarici qüvvələr var. Ermənistanı idarə edən bu xarici qüvvələr isə heç zaman erməni xalqının azadlığını istəməyiblər. Erməni xalqı artıq zülmdən və yalanlardan bezib. Serj Sarkisyan yalandan bəyan edir ki, guya Ermənistanın makroiqtisadi vəziyyəti sabitdir və xalqın rifahı yaxşılaşır. Ancaq reallığa baxdıqda ölkə aclıq və səfalət içindədir.
Müəllif yazır ki, bu gün bütün dünyanın diqqəti Suriyadadır. Beynəlxalq ictimaiyyət Ermənistana diqqət yetirsə, burada vəziyyətin Yaxın Şərqdəkindən də ağır olduğunu görər. Ermənistan böyük bir uçuruma gedir.
Ermənistan KİV-ləri xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. Mitinq iştirakçıları İrəvan sakinlərini təkcə paytaxtın mərkəzindəki deyil, rayonlarındakı küçələri də bağlamağa çağırıblar. Hazırda aksiya iştirakçıları Abovyan, Koryun və Teryan küçələrindədirlər.
Polisin küçənin hərəkətli hissəsini boşaltmaq tələbinə aksiya iştirakçıları məhəl qoymurlar.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info